Sea Breeze Delivery Sea Breeze Delivery
  • 554

Sea Breeze Delivery

Restaurants

Operator (uçot / anbar üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Operator (uçot / anbar üzrə)

  • Deadline 9 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sea Breeze Delivery – Bakı şəhəri, Nardaran qəsəbəsində, Sea Breeze ərazisində fəaliyyət göstərən marketlər şəbəkəsidir. Marketlərimiz gündəlik tələbat məhsullarının (ərzaq və qeyri-ərzaq mallarının) pərakəndə satışı ilə məşğuldur.

Namizədlər market mühitində işləməyə hazır olmalı, satış və ya xidmət sahəsində təcrübəyə malik olmalıdırlar. Bütün vakansiyalar birbaşa market daxilində işlə bağlıdır.

Öhdəliklər:

  • Məhsulların sistemə daxil edilməsi və uçotunun aparılması
  • Malların giriş-çıxışının qeydiyyatı və nəzarəti
  • Qiymətlərin sistemdə yenilənməsi və dəyişdirilməsi
  • Mühasibatlıqdan daxil olan məlumatlar əsasında düzəlişlərin aparılması
  • Satıcılardan daxil olan məlumatların yoxlanılması və sistemə daxil edilməsi
  • Məhsul qalığına nəzarət və uyğunsuzluqların aşkar edilməsi
  • Hesabatların hazırlanması

Tələblər:

  • Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır)
  • Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi
  • MS Excel və uçot proqramları ilə işləmə bacarığı
  • Diqqətli, məsuliyyətli və analitik düşüncə
  • Mühasibatlıq, anbar və ya satış sahəsində təcrübə üstünlükdür
  • Ali təhsil üstünlükdür

İş şəraiti: 

  • İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən

İş yeri (ünvan): Sea Breeze, Bakı şəhəri, Nardaran qəsəbəsi

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə - 0992052328

  • Daily0
  • Weekly0
  • Monthly133