Şirkət: Sea Breeze Resort (Nardaran İnvest MMC)
İş yeri: Bakı, Nardaran
Vəzifə öhdəlikləri:
- Müxtəlif tipli (yaşayış, qeyri-yaşayış, ofis, restoran və s.) binaların dəqiq və operativ şəkildə eksteryer 3D modellərinin hazırlanması;
- Rəhbərliyin tələblərinə uyğun olaraq 3D modellərin optimallaşdırılması və render olunması;
- Fotoşəkillər, planlar, eskizlər və ölçmələr əsasında 3D modellərin yaradılması;
- Memarlıq, şəhərsalma və landşaft dizaynı layihələrinin 3D təqdimatlarının hazırlanması;
- Hazırlanmış 3D modellərin teksturalanması və optimallaşdırılması;
- ArcGIS inteqrasiyası üçün uyğun formatlarda faylların hazırlanması (SLPK, DAE, KML).
Namizədə tələblər:
- 3D modelləşdirmə sahəsində minimum 1–3 il iş təcrübəsi;
- Google Earth Pro üçün 3D modellərin hazırlanması və yüklənməsi üzrə praktiki bacarıq (üstünlük verilir);
- SketchUp, Blender, 3ds Max, Maya və ya oxşar 3D modelləşdirmə proqramlarında sərbəst işləmə bacarığı;
- ArcGIS formatları (SLPK, DAE, KML) ilə işləmə təcrübəsi (üstünlükdür);
- KML/KMZ formatları ilə işləmə bacarığı;
- Render proqramlarında (V-Ray, Lumion, Corona və s.) işləmə bacarığı;
- Yaradıcı düşüncə tərzi və detallara yüksək diqqət;
- Komandada işləmək və işləri vaxtında təhvil vermək bacarığı;
- Modellərin optimallaşdırılması (poliqon sayının azaldılması, tekstura sıxılması və s.) sahəsində bilik və bacarıq;
- İşinə məsuliyyətli yanaşma.
Şirkət tərəfindən təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
- İş qrafiki: 5/2, 09:00–18:00;
- Nahar ilə təmin edilmə;
- İş yerinə servis xidməti;
- Könüllü tibbi sığorta.
Müraciət qaydası:
- Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.