Audit üzrə Menecer, Qrup Audit Strategiyasının hazırlanması və həyata keçirilməsində mühüm rol oynayacaq, daxili audit proseslərimizin düzgünlüyünü və effektivliyini təmin edəcəkdir.
Namizədin vəzifə öhdəlikləri:
- Üç illik Qrup Audit Strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək, maliyyə sektoru şirkətləri arasında uyğunluğun təmin olunması.
- Strateji Aktivlərdəki Daxili Audit Departamentləri (IAD-lər) üçün vahid audit siyasətləri və prosedurlarının hazırlanması və həyata keçirilməsinin izlənməsi.
- Daxili auditlər üçün Keyfiyyətin Təminatı və İnkişaf Proqramı (QAIP) idarə etmək və həyata keçirmək, daxili və xarici qiymətləndirmələri daxil etmək.
- Audit Komitələrinə uyğunluq fəaliyyətlərində kömək etmək, ştatların və gündəliklərin hazırlanması və müntəzəm hesabatların təqdim edilməsi (daxili və xarici);
- Strateji Aktivlərin IAD-ləri tərəfindən audit üzrə əlaqə hesabatlarının düzgünlüyü və vaxtında təqdim olunmasını nəzərdən keçirmək və təsdiq etmək, illik audit planlarını və tapıntıları izləmək;
- Daxili və xarici audit funksiyaları arasında əməkdaşlığı asanlaşdırmaq, təkrarı minimuma endirmək və əhatəni artırmaq;
- Strateji Aktivlərdə audit işlərini həyata keçirmək;
- Daxili auditorlara öz bilik və bacarıqlarını artırmaq üçün təlim və dəstək vermək.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ümumi iş təcrübəsi minimum 5 il, bunun 3 ili audit funksiyasında, preferensial olaraq maliyyə sektorunda;
- Müvafiq sahədə bakalavr dərəcəsi tələb olunur;
- CIA və ya ACCA kimi peşəkar sertifikatlar yüksək qiymətləndirilir;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı tələb olunur;
- MS Office proqramında peşəkar səviyyədə işləmə bacarığı; məlumat analitikası və avtomatlaşdırılmış audit alətləri ilə tanışlıq əlavə üstünlükdür;
- Güclü analitik, ünsiyyət və münaqişə idarəetmə bacarıqları.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Könüllü tibbi sığorta.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.