İş şəraiti
- İş yeri: Sea Breeze Resort - Nardaran, Bakı
- Şirkət: Nardaran İnvest MMC
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Hospitality bölməsinə aid anbar sisteminin təşkili və idarə olunması;
- Gündəlik malların qəbul edilməsi, yerləşdirilməsi, çıxarılması və uçotunun aparılması;
- Bütün malların optimal şəraitdə saxlanmasının və təslim üçün hazır olmasının təmin edilməsi;
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Anbarda olan malların növlərinə görə səliqəli yerləşdirilməsini təşkil etmək;
- İş tapşırıqlarını paylaşdırmaq, iş bölgüsünü düzgün qurmaq, tapşırıqların və qaimələrin nəzərdən keçirilməsini təmin etmək;
- Hesabatların təsdiq edilməsi və materialların paylaşdırılmasına nəzarət;
- Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgünlüyünü təsdiq etmək; yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar məsələləri həll etmək; ehtiyatların vəziyyətinə nəzarət;
- Fiziki inventarizasiya prosesinin təşkili, hesabatların hazırlanmasına və təhlilinə nəzarət;
- ERP/1C və ya digər sistemlərdə material uçotunun aparılması;
- Minimum və maksimum ehtiyat səviyyələrinin müəyyənləşdirilməsi və sifarişlərin planlaşdırılması;
- Tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarət, motivasiya və komanda idarəetməsi;
- Bütün anbar ərazilərinin təmizliyi və yüksək gigiyena standartlarına uyğunluğunu təmin etmək;
- Qabaqcadan anbar üçün təyin edilmiş malların saylarını yoxlayıb təsdiq etmək;
- Anbarda saxlanılan məhsullar üçün kompüter məlumatlarının yaradılması və qorunub saxlanmasına dəstək;
- Maliyyə şöbəsi tərəfindən aparılan fiziki inventarlaşdırma zamanı tam hazır olmaq;
- Tələb olunan digər vəzifələrin yerinə yetirilməsi və rəhbərliyin əlavə göstərişlərinə əməl etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, idarəetmə sahəsində üstünlükdür);
- Minimum 3 il baş anbardar vəzifəsində iş təcrübəsi;
- ERP, 1C və ya oxşar uçot proqramlarında işləmə bacarığı;
- Güclü təşkilatçılıq, məsuliyyət və diqqətlilik;
- Komanda idarəetmə bacarığı və hesabatlılıq intizamı;
- Excel bilikləri – orta və ya yuxarı səviyyə;
- İş proseslərinin optimallaşdırılması və operativ qərar vermə bacarığı.
Zəhmət olmasa, CV-nizi mövzu hissəsində “Baş Anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.