Baş Anbardar (Hospitality bölməsi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Anbardar (Hospitality bölməsi)

  • Истекает 3 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Sea Breeze Resort - Nardaran, Bakı
  • Şirkət: Nardaran İnvest MMC
  • İş rejimi: Tam ştat
  • Əmək haqqı: Razılaşma yolu ilə

Vəzifə öhdəlikləri:

  • Hospitality bölməsinə aid anbar sisteminin təşkili və idarə olunması;
  • Gündəlik malların qəbul edilməsi, yerləşdirilməsi, çıxarılması və uçotunun aparılması;
  • Bütün malların optimal şəraitdə saxlanmasının və təslim üçün hazır olmasının təmin edilməsi;
  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
  • Anbarda olan malların növlərinə görə səliqəli yerləşdirilməsini təşkil etmək;
  • İş tapşırıqlarını paylaşdırmaq, iş bölgüsünü düzgün qurmaq, tapşırıqların və qaimələrin nəzərdən keçirilməsini təmin etmək;
  • Hesabatların təsdiq edilməsi və materialların paylaşdırılmasına nəzarət;
  • Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgünlüyünü təsdiq etmək; yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar məsələləri həll etmək; ehtiyatların vəziyyətinə nəzarət;
  • Fiziki inventarizasiya prosesinin təşkili, hesabatların hazırlanmasına və təhlilinə nəzarət;
  • ERP/1C və ya digər sistemlərdə material uçotunun aparılması;
  • Minimum və maksimum ehtiyat səviyyələrinin müəyyənləşdirilməsi və sifarişlərin planlaşdırılması;
  • Tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarət, motivasiya və komanda idarəetməsi;
  • Bütün anbar ərazilərinin təmizliyi və yüksək gigiyena standartlarına uyğunluğunu təmin etmək;
  • Qabaqcadan anbar üçün təyin edilmiş malların saylarını yoxlayıb təsdiq etmək;
  • Anbarda saxlanılan məhsullar üçün kompüter məlumatlarının yaradılması və qorunub saxlanmasına dəstək;
  • Maliyyə şöbəsi tərəfindən aparılan fiziki inventarlaşdırma zamanı tam hazır olmaq;
  • Tələb olunan digər vəzifələrin yerinə yetirilməsi və rəhbərliyin əlavə göstərişlərinə əməl etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat, logistika, idarəetmə sahəsində üstünlükdür);
  • Minimum 3 il baş anbardar vəzifəsində iş təcrübəsi;
  • ERP, 1C və ya oxşar uçot proqramlarında işləmə bacarığı;
  • Güclü təşkilatçılıq, məsuliyyət və diqqətlilik;
  • Komanda idarəetmə bacarığı və hesabatlılıq intizamı;
  • Excel bilikləri – orta və ya yuxarı səviyyə;
  • İş proseslərinin optimallaşdırılması və operativ qərar vermə bacarığı.

Zəhmət olmasa, CV-nizi mövzu hissəsində “Baş Anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily141
  • Weekly368
  • Monthly389