İş yeri: Sea Breeze Resort, Azerbaijan
Şöbə: Maliyyə / Mühasibatlıq
Sea Breeze Resort komandası üçün təcrübəli, məsuliyyətli və detallara diqqətli Böyük Mühasib axtarırıq. Namizəd müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatlılığının düzgün və vaxtında aparılmasına cavabdeh olacaq.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat);
- Sahə üzrə minimum 5 il, o cümlədən Böyük mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;
- Vergi qanunvericiliyini və müxabirləşməni yüksək səviyyədə bilmək;
- Peşəkar Mühasib Sertifikatı (PMS) üstünlükdür;
- IT bilikləri: 1C 8.3 ERP, MS Word və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
- Elektron dövlət portalları ilə işləmə bacarığı
(e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az); - Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzuolunandır;
- Mühasibat, vergi və əmək qanunvericiliyi üzrə dərin biliklər.
Vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatlarda düzgün əks etdirilməsini təşkil etmək və nəzarət etmək;
- Bütün maliyyə əməliyyatları üzrə hesabatların müəyyən edilmiş müddətlərdə hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitlərinin, xərclərin, istehsal dövriyyəsinin, satışın, iş və xidmətlərin, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil etmək və nəzarətdə saxlamaq;
- Məhsul, iş və xidmətlərin maya dəyərinin iqtisadi cəhətdən əsaslandırılmış hesablanmasına nəzarət etmək;
- Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin düzgün aparılmasını təmin etmək;
- İlkin uçot sənədlərinin düzgünlüyünə, hesablaşma və ödəniş öhdəliklərinə nəzarət etmək;
- Əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını təşkil etmək və nəzarət etmək;
- Bank kreditləri və ssudalar üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Mal alış sənədlərinin yoxlanılması və mühasibat uçotu proqramına düzgün daxil edilməsinə nəzarət etmək;
- Alıcılar və satıcılarla hesablaşmaların, bank əməliyyatlarının uçot proqramında düzgün əks olunmasını və gündəlik bank qalığının yoxlanılmasını təmin etmək;
- Aylıq, rüblük və illik vergi (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) və statistik hesabatların müvafiq dövlət orqanlarına təqdim edilməsini təşkil etmək;
- Rəhbərliyə mütəmadi maliyyə hesabatlarını təqdim etmək.
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 iş günü (09:00 – 18:00);
- Korporativ nömrə ilə təminat;
- Koroğlu metrostansiyasından servis xidməti;
- Nahar fasiləsi: 13:00 – 14:00 (nahar şirkət tərəfindən təmin olunur);
- Rəqabətədavamlı əmək haqqı.
CV-nizi və əmək haqqı gözləntinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını e-məktubun mövzu hissəsində “Böyük Mühasib” olaraq qeyd edin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.