Elektrik və zəif axın işləri üzrə layihəçi-mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektrik və zəif axın işləri üzrə layihəçi-mühəndis

  • Истекает 10 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Elektrik və zəif axın sistemləri üzrə işçi layihələrin hazırlanması;
  • Layihələrin digər bölmələrlə koordinasiyasının təmin edilməsi;
  • Bina və qurğular üzrə elektrik sistemlərinin layihələndirilməsi;
  • Texniki standart və spesifikasiyalara uyğun mühəndis hesablamalarının aparılması;
  • Quraşdırma işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət;
  • AutoCAD və digər proqramlarda texniki cizgilərin hazırlanması;
  • Layihə üzrə ilkin məlumatların, tapşırıqların və hesabatların hazırlanması;
  • Layihələrdə dəyişikliklər zamanı müvafiq düzəlişlərin edilməsi;
  • Layihələrin qüvvədə olan SNİP və digər normativ sənədlərə uyğun hazırlanması;
  • Layihələrin ekspertiza və aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasında iştirak.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Mühəndis vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (digər dillər üstünlükdür);
  • MS Office (Word, Excel) və AutoCAD proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • BIM layihələrində iştirak arzuolunandır;
  • Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;
  • Həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (həftə içi 5 gün);
  • Əmək haqqı: 1500 – 2000 AZN;
  • Koroğlu metrosundan servis xidməti;
  • Könüllü tibbi sığorta;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Müraciət qaydası:

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Elektrik və zəif axın işləri üzrə layihəçi-mühəndis” qeyd etməklə göndərə bilərlər.

  • Daily20
  • Weekly699
  • Monthly1083