Vəzifə öhdəlikləri:
- Elektrik və zəif axın sistemləri üzrə işçi layihələrin hazırlanması;
- Layihələrin digər bölmələrlə koordinasiyasının təmin edilməsi;
- Bina və qurğular üzrə elektrik sistemlərinin layihələndirilməsi;
- Texniki standart və spesifikasiyalara uyğun mühəndis hesablamalarının aparılması;
- Quraşdırma işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət;
- AutoCAD və digər proqramlarda texniki cizgilərin hazırlanması;
- Layihə üzrə ilkin məlumatların, tapşırıqların və hesabatların hazırlanması;
- Layihələrdə dəyişikliklər zamanı müvafiq düzəlişlərin edilməsi;
- Layihələrin qüvvədə olan SNİP və digər normativ sənədlərə uyğun hazırlanması;
- Layihələrin ekspertiza və aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasında iştirak.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Mühəndis vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (digər dillər üstünlükdür);
- MS Office (Word, Excel) və AutoCAD proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- BIM layihələrində iştirak arzuolunandır;
- Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;
- Həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00 (həftə içi 5 gün);
- Əmək haqqı: 1500 – 2000 AZN;
- Koroğlu metrosundan servis xidməti;
- Könüllü tibbi sığorta;
- Nahar şirkət tərəfindən təmin edilir.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Elektrik və zəif axın işləri üzrə layihəçi-mühəndis” qeyd etməklə göndərə bilərlər.