Helpdesk mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Helpdesk mütəxəssis

  • Deadline 28 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 Sea Breeze Resort MMC Helpdesk mütəxəssis vakansiyasını elan edir 

Vəzifə öhdəlikləri və tələblər:

  • İstifadəçi müraciətlərinin qəbul edilməsi və qeydiyyata alınması (telefon, e-poçt, mesajlaşma vasitələri və ya Service Desk sistemi vasitəsilə);
  • İstifadəçilərə avadanlıq, proqram təminatı və korporativ xidmətlər üzrə texniki dəstəyin göstərilməsi;
  • Tipik problemlərin məsafədən və ya yerində aradan qaldırılması (kompüter donmaları, tətbiq səhvləri, internet və şəbəkə problemləri);
  • İstifadəçi hesablarına girişin bərpası üzrə yardım (parol sıfırlama, blokdan çıxarma, profil sazlamaları).
  • Avadanlıq və proqram təminatı ilə iş:
  • İş yerlərinin hazırlanması və sazlanması (stolüstü kompüterlər, noutbuklar, monitorlar, qulaqlıqlar, printerlər və s.);
  • Əməliyyat sistemlərinin (əsasən Windows) və ofis / korporativ proqramların quraşdırılması və yenilənməsi;
  • İstifadəçilərin printerlərə, Wi-Fi, şəbəkə resurslarına və lazım olduqda VPN-ə qoşulmasının təmin edilməsi;
  • Mobil cihazlarla iş: korporativ e-poçtun və tətbiqlərin sazlanması.
  • Adminstrativ və qeydiyyat işləri:
  • Active Directory-də əsas əməliyyatların yerinə yetirilməsi (istifadəçi hesablarının yaradılması, dəyişdirilməsi, deaktivasiya);
  • İT avadanlığının və proqram təminatının uçotunun aparılması (verilməsi, qaytarılması, silinməsi, əməkdaşlar arasında ötürülməsi);
  • Bilik bazasının yenilənməsi: təlimatların, şablonların, tipik həllərin əlavə edilməsi.

Namizədə dair tələblər:

  • Texniki dəstək / Helpdesk sahəsində azı 1 il iş təcrübəsi;
  • Windows 10/11 əməliyyat sistemləri üzrə əla biliklər (quraşdırma, sazlama, diaqnostika);
  • Şəbəkə protokolları və xidmətləri haqqında əsas anlayışlar (TCP/IP, DNS, DHCP, VPN);
  • Active Directory ilə işləmə bacarığı (istifadəçi hesablarının yaradılması, parol sıfırlama və s.);
  • Ofis proqramlarının (MS Office, Outlook, Teams və s.) quraşdırılması və sazlanması təcrübəsi;
  • Periferik avadanlıqların işləmə prinsipləri və sazlanması barədə biliklər (printerlər, MFP-lər, skanerlər);
  • İstifadəçilərlə ünsiyyət bacarığı: səlis nitq, nəzakətlilik, stressə davamlılıq;
  • Tiket sistemləri ilə işləmək təcrübəsi.

Üstünlüklər (arzuolunan):

  • ITIL prinsipləri ilə işləmək anlayışı və ya təcrübəsi (insidentlər, sorğular, eskalasiya);
  • Remote” proqramlar ilə işləmək bacarığı (RDP, AnyDesk, TeamViewer);
  • İT avadanlıqlarının inventarizasiyası sahəsində təcrübə (qeydiyyat, etiketləmə, silinmə);
  • İstifadəçilər üçün təlimatların hazırlanması və bilik bazasının aparılması təcrübəsi;
  • Texniki sənədləri oxuyacaq səviyyədə ingilis dili biliyi.

Əlavə məlumat:

  • Əmək haqqı aralığı 1000-1200 AZN;
  • İş qrafiki: 6/1;
  • İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Helpdesk mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

  • Daily129
  • Weekly236
  • Monthly2524