Hüquq İşləri üzrə Müşavir (Rezidentlərlə Hüquqi İşlər)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquq İşləri üzrə Müşavir (Rezidentlərlə Hüquqi İşlər)

  • Deadline 2 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Sea Breeze Resort, Nardaran, Bakı
  • İş rejimi: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi və hüquqi risklərin azaldılması;
  • Müəssisədaxili hazırlanan əmr, təlimat, əsasnamə, standart, protokol və digər hüquqi sənədlərin hüquqi ekspertizasının aparılması;
  • Müqavilələrin hazırlanması, hüquqi rəy verilməsi və müqavilə prosesinə nəzarət;
  • Zərurət yarandıqda hüquqi arayışların və rəylərin hazırlanması;
  • Rəhbərliyə və struktur bölmələrə hüquqi məsləhət və tövsiyələrin verilməsi;
  • Qüvvədə olan qanunvericiliklə bağlı ortaya çıxan ziddiyyətlərin təhlili və aradan qaldırılması;
  • Şirkətin məhkəmə işlərinin araşdırılması, tələb olunan hüquqi tədbirlərin görülməsi və nümayəndəlik;
  • Sea Breeze rezidentləri ilə hüquqi münasibətlərin tənzimlənməsi, müqavilə öhdəliklərinə nəzarət və mülki-hüquqi məsələlər üzrə dəstək;
  • Daxili prosedur və layihələr üzrə hüquqi risklərin müəyyən edilməsi və idarə edilməsi;
  • Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və müvafiq tövsiyələrin verilməsi;
  • Risk və Compliance (Uyğunluq) proseslərinə dəstək, daxili qaydaların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • İşçilərin hüquqi mövzularda maarifləndirilməsi və təlimlərin təşkili, o cümlədən müqavilə, etik davranış, şəxsi məlumatların qorunması və digər hüquqi istiqamətlər üzrə məlumatlandırma;
  • Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və hüquqi risklərin minimuma endirilməsi.

Namizədə tələblər:

  • Hüquq ixtisası üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
  • Hüquq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Risk və Compliance sahəsində təcrübə üstünlük hesab olunur;
  • Mülki, korporativ, əmək və vergi hüququ üzrə biliklər;
  • Hüquqi sənədləşmə, müqavilələrin hazırlanması və rəyvermə bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan və Rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili üstünlükdür);
  • Analitik düşüncə, detallara diqqət, təşəbbüskarlıq və yüksək məsuliyyət.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly243
  • Monthly243