İnteryer Dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnteryer Dizayner

  • Deadline 10 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nardaran İnvest” MMC İnteryer Dizayner vakansiyasını elan edir

Əsas vəzifə öhdəlikləri:

  • Müxtəlif təyinatlı interyer  (yaşayış, kommersiya, ictimai məkanlar və s.) üçün funksional və estetik dizayn həllərinin hazırlanması;
  • Planlaşdırma, material və mebel seçimi, rəng və işıqlandırma həlləri üzərində işləmək;
  • 3D vizualizasiya və texniki planların hazırlanması (AutoCAD,Archicad, 3ds Max, Revit,Lumion, SketchUp və s. proqramlardan istifadə etməklə);
  • Sifarişçi ilə birbaşa ünsiyyət və dizayn təkliflərinin təqdimatı;
  • Layihənin icra mərhələsində müəllif nəzarətinin həyata keçirilməsi və işin keyfiyyətinə nəzarət;
  • Dizayn sənədlərinin (plan, kəsik, görünüş, mebel planı və s.) hazırlanması və spesifikasiyaların və həcmlərin çıxarılması;
  • Təmir-tikinti komandası ilə sıx əlaqədə işləyərək, layihənin düzgün tətbiqinə nəzarət etmək;
  • Layihə üçün büdcəyə uyğun dizayn həllərinin hazırlanması və təklif olunması;
  • Yeni dizayn trendlərinin araşdırılması və layihələrdə tətbiq edilməsi.

Tələblər:

  • Memarlıq və ya dizayn sahəsində ali təhsil;
  • İnteryer dizayn sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Azərbaycan və Rus dilini mükəmməl bilməyi tələb olunur;
  • Müasir interyer dizayn trendləri, materiallar və texnologiyalar haqqında bilik;
  • Planlaşdırma, vizual təqdimat və texniki sənədlərin hazırlanması bacarığı;
  • Yaradıcılıq, estetik zövq, detallara diqqət və güclü vizual təfəkkür;
  • Komandada işləmə, vaxt idarəsi və tapşırıqları müstəqil yerinə yetirmə bacarığı.

Təminatlar:

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
  • İş qrafiki: 5/2, 09:00-18:00;
  • İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Könüllü tibbi sığorta.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Portfolio göndərilməsi mütləqdir, əks təqdirdə cv-lərə baxılmayacaq.

  • Daily24
  • Weekly620
  • Monthly1168