Komendant (Rezidensiyalar üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komendant (Rezidensiyalar üzrə)

  • Deadline 6 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Rezidensiya ərazisinin təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
  • Rezidensiya ərazisində aparılan təmir və texniki işlərin icrasına nəzarət etmək;
  • Aşkarlanmış texniki və digər qüsurlar üzrə qüsur aktlarının tərtib edilməsi və rəhbərliyə təqdim olunması;
  • Rezidentlərin müraciətlərini operativ şəkildə qəbul etmək, yaranmış problemlərlə dərhal maraqlanmaq və həllini təmin etmək;
  • Rezidentlərlə gündəlik ünsiyyətin düzgün və peşəkar şəkildə qurulmasını təmin etmək;
  • Aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və iş prosesinin fasiləsizliyini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Təcrübə və bacarıqlar:

  • Ali və ya orta ixtisas təhsili (üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (üstünlükdür);
  • Azərbaycan, rus və ingilis dillərini ən azı orta səviyyədə bilmək;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Rezident və qonaqlarla ünsiyyətdə nəzakətli, səbirli və məsuliyyətli olmaq;
  • Yüksək ünsiyyət və problem həll etmə bacarıqları;
  • Stressə davamlılıq və çevik qərarvermə qabiliyyəti;
  • Növbəli iş qrafiki ilə işləmək imkanı.

İş şəraiti:

  • İş günləri: həftədə 5 gün, növbəli iş qrafiki;
  • Əməkhaqqı: 1000 AZN (netto);
  • İş yeri: Sea Breeze Resort / Nardaran qəsəbəsi;
  • Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur;
  • Sabit iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən xahiş olunur:

  • CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər;
  • Mövzu hissəsində “Komendant (Rezidensiya üzrə)” qeyd etsinlər.

Qeyd: Namizədlər ilkin CV seçimi mərhələsindən keçiriləcək və yalnız uyğun namizədlərlə e-mail və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq, müsahibəyə dəvət ediləcəklər.

  • Daily0
  • Weekly672
  • Monthly679