Vəzifə öhdəlikləri:
- Konstruktiv işçi layihələrin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəllərinin tərtibatı;
- Metal konstruksiyaların cizgilərinin yerli norma və qaydalara uyğun olaraq işlənilməsi, elementlərin birləşmə düyünlərinin detallı şəkildə hazırlanması;
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin,layihələndirilməsi;
- Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması;
- Konstruktiv hesabatların aparılması - İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar);
- Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək;
- Metal konstruksiya, demir beton konstruksiya, taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
Tələblər:
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
- İnşaat norma və qaydalarını bilməli və bu normaların tələblərini layihələrdə nəzərə almalı;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, işləmə prinsiplərini bilməli;
- AutoCad proqramında işləmə bacarığı (Tekla Structural və Lira 9.6 proqramlarını bilməyi arzuolunandır);
- İşində peşəkar və məsuliyyətli olmalı, verilən tapşırığı dəqiq və vaxtında yerinə yetirməyi bacarmalıdır.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.