Vəzifə öhdəlikləri:
- Memarlıq işçi layihələrinin eskiz və layihə tapşırıqları əsasında, qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanması;
- Layihələndirmə prosesində konstruksiya, kommunikasiya, texnologiya və yanğın təhlükəsizliyi bölmələri ilə effektiv koordinasiyanın təmin edilməsi;
- Memarlıq cizgiləri əsasında material təsnifatının aparılması və konstruktiv düyünlərin detallı işlənməsi;
- Baş plan hissələrinin (relyefin təşkili, torpaq kütlələrinin balansı, bölgü planı və s.) hazırlanması və şəhərsalma tələblərinə uyğunlaşdırılması.
Namizədə tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları üzrə bilik və onların layihələrdə tətbiqi bacarığı;
- Tikinti materialları və konstruksiyaların xüsusiyyətləri barədə bilik;
- AutoCAD və ArchiCAD proqramlarında sərbəst işləmə bacarığı (digər layihələndirmə proqramları üstünlükdür);
- Analitik düşünmə, məsuliyyətlilik və vaxtın effektiv idarə edilməsi;
- Layihələrin sahə ilə uyğunlaşdırılması və icrasına nəzarət bacarığı.
Təklif edirik:
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə əsasən müəyyən olunur);
- İş qrafiki: 5/2, 09:00 – 18:00;
- Korporativ nəqliyyat (Koroğlu metrostansiyasından);
- Nahar təminatı;
- Endirimli tibbi xidmətlər.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Layihəçi Memar” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.