Sea Breeze Resort Mühasib vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- İcarəyə verilən obyektlərin reyestrinin aparılması;
- Obyektlərin gündəlik satış məlumatlarının reyestrdə qeydiyyata alınması;
- İlkin uçot sənədlərinin (aktlar, hesab-fakturalar və s.) hazırlanması və göndərilməsi;
- 1C proqramında satış əməliyyatlarının düzgün mühasibat müxabirləşmələrinin aparılması;
- İcarə ilə bağlı e-qaimələrin tərtibi və göndərilməsi;
- Debitor borclarının izlənməsi və təhlili;
- Energetika şöbəsindən sayğac göstəricilərinin toplanması, icarəçilərə uyğun akt və e-qaimələrin hazırlanması;
- Qaimə-fakturaların tərtibi, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına daxil edilməsi;
- Mühasibatlıqla bağlı tələb olunan sənədlərin hazırlanması və işlənməsi;
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanılması, işlənməsi və arxivləşdirilməsi;
- İnventarlaşdırmada iştirak;
- Alış və satış (nomenklatura üzrə), bank, kassa və əməkhaqqı əməliyyatlarının 1C Mühasibat proqramına daxil edilməsi;
- Debitor və kreditor borclara nəzarət və onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və digər aktivlərin hərəkəti ilə bağlı əməliyyatların uçotda düzgün əks olunmasının təmin edilməsi;
- Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların operativ icrası.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibat uçotu ixtisası üzrə);
- Azərbaycan Respublikası Vergi Məcəlləsini bilməli;
- Müvafiq sahə üzrə 2–4 il iş təcrübəsi;
- Mühasibatlıq və maliyyə təlimlərində iştirak üstünlükdür;
- Müxabirləşmələri yüksək səviyyədə bilməli;
- Detallara diqqətli və məsuliyyətli;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
- Dəqiqlik və hesabatları vaxtında təqdim etmə bacarığı.
İş şəraiti:
- İş vaxtı: Həftənin I–V günləri, 09:00–18:00;
- Koroğlu metrostansiyasından servis xidməti;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Könüllü tibbi sığorta paketi təqdim olunur.
Maraqlanan namizədlər mövzu hissəsində “Mühasib” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.