Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 9 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sea Breeze Resort Mühasib vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:

  • İcarəyə verilən obyektlərin reyestrinin aparılması;
  • Obyektlərin gündəlik satış məlumatlarının reyestrdə qeydiyyata alınması;
  • İlkin uçot sənədlərinin (aktlar, hesab-fakturalar və s.) hazırlanması və göndərilməsi;
  • 1C proqramında satış əməliyyatlarının düzgün mühasibat müxabirləşmələrinin aparılması;
  • İcarə ilə bağlı e-qaimələrin tərtibi və göndərilməsi;
  • Debitor borclarının izlənməsi və təhlili;
  • Energetika şöbəsindən sayğac göstəricilərinin toplanması, icarəçilərə uyğun akt və e-qaimələrin hazırlanması;
  • Qaimə-fakturaların tərtibi, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına daxil edilməsi;
  • Mühasibatlıqla bağlı tələb olunan sənədlərin hazırlanması və işlənməsi;
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanılması, işlənməsi və arxivləşdirilməsi;
  • İnventarlaşdırmada iştirak;
  • Alış və satış (nomenklatura üzrə), bank, kassa və əməkhaqqı əməliyyatlarının 1C Mühasibat proqramına daxil edilməsi;
  • Debitor və kreditor borclara nəzarət və onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və digər aktivlərin hərəkəti ilə bağlı əməliyyatların uçotda düzgün əks olunmasının təmin edilməsi;
  • Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların operativ icrası.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibat uçotu ixtisası üzrə);
  • Azərbaycan Respublikası Vergi Məcəlləsini bilməli; 
  • Müvafiq sahə üzrə 2–4 il iş təcrübəsi;
  • Mühasibatlıq və maliyyə təlimlərində iştirak üstünlükdür;
  • Müxabirləşmələri yüksək səviyyədə bilməli;
  • Detallara diqqətli və məsuliyyətli;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
  • 1C 8.3 ERP proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
  • Dəqiqlik və hesabatları vaxtında təqdim etmə bacarığı.

İş şəraiti:

  • İş vaxtı: Həftənin I–V günləri, 09:00–18:00;
  • Koroğlu metrostansiyasından servis xidməti;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Könüllü tibbi sığorta paketi təqdim olunur.

Maraqlanan namizədlər mövzu hissəsində “Mühasib” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly121
  • Monthly808