Tender şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender şöbəsinin rəhbəri

  • Deadline 11 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 Sea Breeze Resort Tender şöbəsinin rəhbəri vakansiyasını elan edir 

Əsas vəzifə öhdəlikləri:

İdarəetmə və təşkilatçılıq

  • Tender şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, iş planını və işçi qrafikini müəyyənləşdirmək.
  • Şöbə əməkdaşlarının işini koordinasiya etmək, məsuliyyət bölgüsünü aparmaq.

Tender proseslərinin idarə olunması

  • Tender elanlarının izlənməsi və uyğun elanlar üzrə şirkətin iştirakını təmin etmək.
  • Tender sənədlərinin (texniki, maliyyə və hüquqi) hazırlanmasına rəhbərlik etmək.
  • Təkliflərin vaxtında və düzgün formada təqdim edilməsinə nəzarət.

Hüquqi və prosedur uyğunluğu təmin etmək

  • Tender prosedurlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğun icrasını təmin etmək.
  • Şirkət təkliflərinin tender şərtlərinə uyğun olmasını yoxlamaq.

Analiz və hesabatlılıq

  • Tender nəticələrinin analizi və rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
  • Uğursuz tender iştiraklarının səbəblərini təhlil edib təkmilləşdirmə planları hazırlamaq.

Tərəfdaş və müştəri münasibətləri

  • Tender təşkilatçıları, dövlət və özəl sektor nümayəndələri ilə işgüzar münasibətləri inkişaf etdirmək.
  • Potensial layihələr üzrə bazar araşdırması aparmaq.

Büdcə və resursların idarə olunması

  • Tender proseslərində istifadə olunan resursların səmərəli idarə edilməsi.
  • Tender iştirakına aid xərclərin planlaşdırılması və optimallaşdırılması.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi, Hüquq, Mühəndislik və ya əlaqəli sahələr);
  • Minimum 5 -7 il satınalma, tender və ya layihə idarəçiliyi sahəsində iş təcrübəsi;
  • Rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
  • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
  • Tender sənədlərinin hazırlanması və müqavilə şərtlərinin analizi üzrə təcrübə;
  • MS Office proqramlarını (xüsusilə Excel, Word, PowerPoint) yüksək səviyyədə bilmək;
  • Elektron satınalma portalları ilə işləmək bacarığı;
  • Azərbaycan dili – sərbəst, Rus və İngilis dilləri – işgüzar səviyyədə üstünlükdür;
  • Liderlik, analitik düşüncə, məsuliyyətlilik, vaxtın idarə olunması və stressə davamlılıq bacarıqları.

Təminatlar:

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
  • İş qrafiki: 5/2, 09:00-18:00;
  • İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly304
  • Monthly1029