Sea Breeze Resort Tender şöbəsinin rəhbəri vakansiyasını elan edir
Əsas vəzifə öhdəlikləri:
İdarəetmə və təşkilatçılıq
- Tender şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, iş planını və işçi qrafikini müəyyənləşdirmək.
- Şöbə əməkdaşlarının işini koordinasiya etmək, məsuliyyət bölgüsünü aparmaq.
Tender proseslərinin idarə olunması
- Tender elanlarının izlənməsi və uyğun elanlar üzrə şirkətin iştirakını təmin etmək.
- Tender sənədlərinin (texniki, maliyyə və hüquqi) hazırlanmasına rəhbərlik etmək.
- Təkliflərin vaxtında və düzgün formada təqdim edilməsinə nəzarət.
Hüquqi və prosedur uyğunluğu təmin etmək
- Tender prosedurlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğun icrasını təmin etmək.
- Şirkət təkliflərinin tender şərtlərinə uyğun olmasını yoxlamaq.
Analiz və hesabatlılıq
- Tender nəticələrinin analizi və rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
- Uğursuz tender iştiraklarının səbəblərini təhlil edib təkmilləşdirmə planları hazırlamaq.
Tərəfdaş və müştəri münasibətləri
- Tender təşkilatçıları, dövlət və özəl sektor nümayəndələri ilə işgüzar münasibətləri inkişaf etdirmək.
- Potensial layihələr üzrə bazar araşdırması aparmaq.
Büdcə və resursların idarə olunması
- Tender proseslərində istifadə olunan resursların səmərəli idarə edilməsi.
- Tender iştirakına aid xərclərin planlaşdırılması və optimallaşdırılması.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi, Hüquq, Mühəndislik və ya əlaqəli sahələr);
- Minimum 5 -7 il satınalma, tender və ya layihə idarəçiliyi sahəsində iş təcrübəsi;
- Rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
- Tender sənədlərinin hazırlanması və müqavilə şərtlərinin analizi üzrə təcrübə;
- MS Office proqramlarını (xüsusilə Excel, Word, PowerPoint) yüksək səviyyədə bilmək;
- Elektron satınalma portalları ilə işləmək bacarığı;
- Azərbaycan dili – sərbəst, Rus və İngilis dilləri – işgüzar səviyyədə üstünlükdür;
- Liderlik, analitik düşüncə, məsuliyyətlilik, vaxtın idarə olunması və stressə davamlılıq bacarıqları.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.