SeaFish Company MMC vakansiya elan edir - Mühasib!
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş saatı: 09:00 – 18:00
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əməkhaqqı 1500 Azn
Vəzifə öhdəlikləri:
- Gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması
- Debitor və kreditor borclarına nəzarət
- E-qaimə, hesab-faktura və müqavilələrin hazırlanması
- Bank əməliyyatlarının icrası və ödəniş tapşırıqlarının hazırlanması
- Vergi və mühasibat sənədlərinin işlənməsi
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- Gəlir vergisi, mənfəət vergisi, vahid bəyannamə və statistik hesabatların hazırlanması və təqdim edilməsi
- Aylıq hesabatların hazırlanması
- ƏMAS sistemində işçilərin işə qəbulu və işdən çıxış proseslərinin icrası
- Əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi
- İşçilərin əmək haqlarının hesablanması və ödənişlərinin icrası
- Rəhbərlik tərəfindən verilən digər maliyyə tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
- Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi
- ƏMAS sistemi ilə işləmə bacarığı
- 1C 8.3 və Excel proqramlarında işləmə bacarığı mütləqdir.
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər
- Vergi və statistik hesabatların hazırlanması və təqdim olunması üzrə təcrübə
- Gəlir vergisi, mənfəət vergisi və vahid bəyannamələrin tərtibi üzrə bilik və təcrübə
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Komandada işləmə bacarığı
- Analitik düşüncə və hesabat hazırlama bacarığı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.