Vəzifə öhdəlikləri:
- Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;
- Yeni növ məhsulların – yeni dad, reseplərin araşdırması və hazırlanmasını təmin edir.
- Bütün emal fəaliyyətlərinin qida təhlükəsizliyi və gigiyena ilə bağlı sənaye standartlarına və dövlət qaydalarına uyğun olmasını təmin edir;
- Şirkət üzrə normativ sənədlərin tələblərinin qorunub saxlanmasını təmin edir.
- Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir, zərurət yaranarsa, düzəliş məqsədli müdaxilə edir;
- Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır.
- İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;
- Emal avadanlığının təmiz, funksional və verilən tapşırıq üçün düzgün istifadə olunmasını təmin edir;
- Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;
- Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır.
- Emal texnikasını və məhsul keyfiyyətini yaxşılaşdırmaq üçün tədqiqat və sınaqları aparır;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini
- Rəhbər tərəfindən işə aid tapşırılan digər işləri yerinə yetirir.
Tələblər:
- Ali təhsil – Qida mühəndisliyi sahəsi üzrə.
- Sahə üzrə ən azı 5 il iş təcrübəsi.
- Kompyuter biliklərin orta və ya daha yuxarı səviyyədə (Excel, Word)
- Sənədləşmə ilə bağlı iş təcrübəsi.
- HACCP, BRC qıda təhlükəsizliyi ilə bağlı sistemlərindən anlayış.
Əlavə məlumat:
- İş yeri Bakı şəhəri
- İşçi korporativ nömrə,nahar,transport və danışıq balansı ilə təmin olunur;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.
İş şərtləri:
- İş vaxtı: I-V günlər 09:00 - 18:00
Tələblərə uğun namizədlər mövzu yerində “Baş qida texnoloqu“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.