SEAPORT CATERİNG MMC şirkəti müxtəlif şəhər və rayonlarda yerləşən layihələrində çalışmaq üçün məsuliyyətli, təşkilatçılıq və idarəetmə bacarığı yüksək Menecer vəzifəsinə əməkdaş axtarır.
Əsas vəzifə öhdəlikləri
- Layihədə çalışan işçi heyətinin fəaliyyətinə nəzarət etmək və işçiləri təlimatlandırmaq;
- İşçi heyətinin iş qrafiklərini hazırlamaq və idarə etmək;
- Layihənin müəyyən edilmiş standart və prosedurlara uyğun idarə olunmasını təmin etmək;
- Qida məhsullarının keyfiyyət, gigiyena və sanitariya standartlarına uyğunluğuna nəzarət etmək;
- Məhsulların müəyyən edilmiş standartlara uyğun və düzgün formada təqdim edilməsini təmin etmək;
- İşçi heyəti arasında daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
- İnventar, ərzaq məhsulları və digər layihə ehtiyaclarının monitorinqini aparmaq;
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək;
- Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həllini təmin etmək;
- Layihənin xidmət keyfiyyətinin və imicinin yaxşılaşdırılması üçün yeni təkliflər vermək;
- Gündəlik əməliyyat hesabatlarını, tabelləri və anbar hesabatlarını hazırlamaq və aidiyyəti departamentlərə təqdim etmək;
- Layihə avadanlıqlarının vəziyyətinə nəzarət etmək və texniki baxış və ya təmir tələb olunduqda aidiyyəti şöbəyə məlumat vermək;
- Mətbəx əməkdaşlarının, o cümlədən xadimə və qabyuyan heyətin fəaliyyətinə nəzarət etmək və iş qrafiklərini təşkil etmək;
- Gündəlik və dərin təmizlik işlərinin müəyyən edilmiş standartlara və qrafikə uyğun aparılmasına nəzarət etmək;
- Vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali təhsil;
- Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
- Komanda idarəetməsi və komandada işləmək bacarığı;
- Yüksək ünsiyyət və kommunikasiya qabiliyyəti;
- Analitik düşüncə və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, dəqiq və punktual olmaq;
- Microsoft Office proqramları üzrə yaxşı biliklər: Word, Excel, Outlook;
- Ofis avadanlıqları ilə işləmək bacarığı;
- Müştəriyönümlü və işgüzar olmaq;
- Dinamik və intensiv iş mühitində işləmək bacarığı.
Xüsusi tələb
- Namizəd Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələrdə işləməyə hazır və razı olmalıdır.
- Layihənin yerləşdiyi əraziyə uyğun olaraq əməkdaşın müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərməsi tələb oluna bilər.
İş şəraiti
- İş yeri: Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələr;
- Korporativ mobil nömrə və danışıq balansı ilə təminat;
- Yemək təminatı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik iş mühiti.
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail mövzu hissəsində “Menecer” qeyd olunmalıdır.
Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.