İş haqqında məlumat:
- Əmək haqqı razılaşma yolu ilə
- İş yeri ünvanı Üzeyir Hacıbəyov küçəsi 57(Ferrari Binası)
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır.
Namizədə olan tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə hesabatları, büdcələşdirmə və maliyyə təhlili sahəsində minimum 3–4 il iş təcrübəsi;
- IFRS və maliyyə hesabatlarının hazırlanması prinsipləri üzrə biliklər;
- P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili bacarığı;
- İllik büdcənin, aylıq maliyyə proqnozlarının (Forecast) və Reforecast modellərinin hazırlanması üzrə təcrübə;
- Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlili, kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və izahı;
- EBITDA, xalis mənfəət, mənfəət marjası, dövriyyə kapitalı və digər əsas maliyyə göstəricilərinin təhlili;
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı
- Böyük həcmli maliyyə məlumatlarının emalı, konsolidasiyası və dəqiqləşdirilməsi üzrə təcrübə;
- ERP sistemləri, xüsusilə 1C, digər maliyyə sistemləri ilə işləmək bacarığı;
- Büdcələşdirmə prosesinin koordinasiyası və müxtəlif departamentlərdən maliyyə məlumatlarının toplanması təcrübəsi;
- Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və problem həll etmə bacarığı;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
- Güclü kommunikasiya, təqdimat və hesabatların nəticələrini rəhbərliyə izah etmə bacarığı.
- Balance Sheet reconciliation prosesinin həyata keçirilməsi, balans hesablarının üzləşdirilməsi və mövcud uyğunsuzluqların müəyyən edilərək aradan qaldırılmasının təmin edilməsi;
Üstünlük verilən xüsusiyyətlər:
- Holdinq və ya çoxşirkətli strukturda (Group Finance) iş təcrübəsi;
- Büdcə modellərinin qurulması və maliyyə planlaşdırılması proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə;
- Maliyyə məlumatlarının konsolidasiyası və müxtəlif şirkətlərin nəticələrinin müqayisəli təhlili bacarığı;
- Power BI və digər biznes analitika alətləri ilə işləmək bacarığı;
- ACCA, CIMA və ya digər beynəlxalq maliyyə kvalifikasiyaları üzrə təhsil və ya sertifikatların olması.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.