S Sədərək Firması
  • 170

Satış təmsilçisi

  • Deadline 24 September 2026

Su istehsalı və satışı ilə məşğul olan şirkətimizə satış təmsilçisi axtarılır.

Əsas vəzifə öhdəlikləri:

·        Şirkətin məhsullarının satışını həyata keçirmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;

·        Yeni müştərilər və potensial satış kanallarını araşdırmaq, müəyyənləşdirmək və cəlb etmək;

·        Mövcud müştəri portfelini inkişaf etdirmək və uzunmüddətli işgüzar münasibətləri formalaşdırmaq;

·        Müştərilərin ehtiyaclarını təhlil edərək uyğun məhsul və əməkdaşlıq şərtlərini təqdim etmək;

·        Satış nöqtələrinə mütəmadi səfərlər etmək, məhsulların mövcudluğunu və satış vəziyyətini nəzarətdə saxlamaq;

·        Bazarın, müştəri tələbatının və rəqib fəaliyyətinin mütəmadi təhlilini aparmaq;

·        Satış həcminin və müştəri bazasının genişləndirilməsi istiqamətində yeni imkanlar müəyyənləşdirmək;

·        Müştərilərdən daxil olan müraciət və təklifləri operativ şəkildə idarə etmək;

·        Görülmüş işlər, satış nəticələri və bazar üzrə müşahidələr barədə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

 

Namizədə tələblər:

·        Satış sahəsində iş təcrübəsi;

·        Güclü ünsiyyət və təqdimat bacarığı;

·        Danışıqlar aparmaq və müştəri ilə düzgün münasibət qurmaq bacarığı;

·        Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;

·        Satış hədəfləri ilə işləmək bacarığı;

·        Şəxsi avtomobil.

 

Əmək haqqı: minimum 1500 manat (əmək haqqı bonusdan formalaşır)

Cinsi: kişi

Yaş: 30-45

İş qrafiki: 6 günlük iş həftəsi.

Ünvan: Sədərək TM çıxışı 

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “satış təmsilçisi – pərakəndə” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.

 

  • Daily147
  • Weekly286
  • Monthly2045