Su istehsalı və satışı ilə məşğul olan şirkətimizə satış təmsilçisi axtarılır.
Əsas vəzifə öhdəlikləri:
· Şirkətin məhsullarının satışını həyata keçirmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
· Yeni müştərilər və potensial satış kanallarını araşdırmaq, müəyyənləşdirmək və cəlb etmək;
· Mövcud müştəri portfelini inkişaf etdirmək və uzunmüddətli işgüzar münasibətləri formalaşdırmaq;
· Müştərilərin ehtiyaclarını təhlil edərək uyğun məhsul və əməkdaşlıq şərtlərini təqdim etmək;
· Satış nöqtələrinə mütəmadi səfərlər etmək, məhsulların mövcudluğunu və satış vəziyyətini nəzarətdə saxlamaq;
· Bazarın, müştəri tələbatının və rəqib fəaliyyətinin mütəmadi təhlilini aparmaq;
· Satış həcminin və müştəri bazasının genişləndirilməsi istiqamətində yeni imkanlar müəyyənləşdirmək;
· Müştərilərdən daxil olan müraciət və təklifləri operativ şəkildə idarə etmək;
· Görülmüş işlər, satış nəticələri və bazar üzrə müşahidələr barədə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
Namizədə tələblər:
· Satış sahəsində iş təcrübəsi;
· Güclü ünsiyyət və təqdimat bacarığı;
· Danışıqlar aparmaq və müştəri ilə düzgün münasibət qurmaq bacarığı;
· Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
· Satış hədəfləri ilə işləmək bacarığı;
· Şəxsi avtomobil.
Əmək haqqı: minimum 1500 manat (əmək haqqı bonusdan formalaşır)
Cinsi: kişi
Yaş: 30-45
İş qrafiki: 6 günlük iş həftəsi.
Ünvan: Sədərək TM çıxışı
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “satış təmsilçisi – pərakəndə” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.