Korporativ satış meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ satış meneceri

  • Deadline 7 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Selection Gallery premium İtaliya və İspaniya istehsalı keramoqranit, santexnika və hamam məhsullarının satışı ilə məşğul olan şirkətdir.

Vəzifə öhdəlikləri

  • Tikinti şirkətləri, podratçılar, memarlar və dizayn studiyalarının araşdırılması;
  • Yeni korporativ müştərilərin tapılması və əlaqə yaradılması;
  • Yeni tikinti və təmir layihələrinin araşdırılması;
  • Layihələr üzrə məhsul ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Selection Gallery məhsullarının layihələrə təklif edilməsi;
  • Keramoqranit, santexnika və hamam məhsullarının təqdimatı;
  • Qiymət təkliflərinin hazırlanması və müştəriyə təqdim edilməsi;
  • Təkliflərin mütəmadi şəkildə izlənilməsi və satışın bağlanması;
  • Mövcud korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;
  • Gündəlik görüş, zəng, yeni müştəri və satış nəticələrinin hesabatının hazırlanması;
  • Rəhbərliyə həftəlik və aylıq satış hesabatlarının təqdim edilməsi

Tələblər

  • Satış sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • B2B və korporativ satış təcrübəsi üstünlükdür;
  • Aktiv satış və yeni müştəri axtarışı bacarığı;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti;
  • Satış bağlama bacarığı;
  • Azərbaycan dili — əla;
  • Rus dili və Azərbaycan dili — üstünlükdür;
  • Yaş həddi: 22-40

Maaş: 500-1.000 AZN

Iş Qrafiki: Tam ştat,  10:00-19:00

Maraqlanan namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış meneceri” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily0
  • Weekly361
  • Monthly612