Sensemi DMCC Sensemi DMCC
  • 613

Sensemi DMCC

Other

Laboratoriya Müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Laboratoriya Müdiri

  • Истекает 9 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İstehsal Sahəsi: Qaz və Elektrik Sayğacları, Elektrik Avtomatları

İş Öhdəlikləri:

  • Laboratoriyanın gündəlik fəaliyyətinə, o cümlədən bütün sınaq və analiz işlərinə rəhbərlik etmək.
  • Məhsul və materialların fiziki, elektrik və mexaniki keyfiyyət nəzarət sınaqlarının aparılmasını təşkil etmək və nəzarət etmək.
  • Sınaq protokollarının, hesabatlarının və digər texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
  • Laboratoriya avadanlıqlarının kalibrasiyası, texniki qulluğu və iş vəziyyətində saxlanmasına nəzarət etmək.
  • Laboratoriya işçilərinin işinə nəzarət etmək və onlara texniki təlim keçmək.
  • Keyfiyyətə Nəzarət şöbəsi ilə sıx əməkdaşlıq edərək, keyfiyyət standartlarına riayət olunmasını təmin etmək.
  • Laboratoriyada təhlükəsizlik qaydalarına və prosedurlarına ciddi riayət olunmasına nəzarət etmək.

Namizəddən Tələblər:

  • Təhsil: Mühəndislik (Elektrik, Elektronika, Mexanika, Kimya) və ya digər texniki elm sahələri üzrə bakalavr dərəcəsi.
  • İş təcrübəsi: İstehsalat və ya sınaq laboratoriyasında minimum 3-5 il təcrübə, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə üstünlükdür.
  • Yaş məhdudiyyəti; 30-40

Bacarıqlar:

  • Laboratoriya avadanlıqları və ölçmə cihazları ilə işləməkdə mükəmməl biliyə malik olmaq.
  • Məhsul sınağı üsulları və standartları (ASTM, ISO, IEC və s.) haqqında dərin anlayış.
  • Normativ və texniki sənədləri oxumağı və şərh etməyi bacarmaq.
  • Məlumatların analizi və hesabatların hazırlanması üçün proqram təminatından (MS Office, xüsusi laboratoriya proqramları) istifadə bacarığı.
  • Yaxşı təşkilatçılıq və komanda idarəetmə bacarıqları.
  • Dil bilikləri: Azərbaycan dili (ana dili səviyyəsində); İngilis və ya Rus dillərindən biri üstünlükdür.

Biz Təklif Edirik:

  • Əmək haqqı (xalis): 1200 AZN.
  • Nahar və servis xidməti.
  • Davamlı peşəkar inkişaf imkanları.
  • Sabit və təşkilatlı iş mühiti.

İş Rejimi:

  • İş günləri: Həftədə 5 gün
  • İş saatları: 09:00 – 18:00
  • Ünvan: Sumqayıt şəhəri,Sumqayıt Texnologiyalar Parkı (STP 2)

Maraqlandığınız təqdirdə,CV-nizi mövzu hissəsində "Laboratoriya Müdiri" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily117
  • Weekly117
  • Monthly1702