İstehsal Sahəsi: Qaz və Elektrik Sayğacları, Elektrik Avtomatları
İş Öhdəlikləri:
- Laboratoriyanın gündəlik fəaliyyətinə, o cümlədən bütün sınaq və analiz işlərinə rəhbərlik etmək.
- Məhsul və materialların fiziki, elektrik və mexaniki keyfiyyət nəzarət sınaqlarının aparılmasını təşkil etmək və nəzarət etmək.
- Sınaq protokollarının, hesabatlarının və digər texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
- Laboratoriya avadanlıqlarının kalibrasiyası, texniki qulluğu və iş vəziyyətində saxlanmasına nəzarət etmək.
- Laboratoriya işçilərinin işinə nəzarət etmək və onlara texniki təlim keçmək.
- Keyfiyyətə Nəzarət şöbəsi ilə sıx əməkdaşlıq edərək, keyfiyyət standartlarına riayət olunmasını təmin etmək.
- Laboratoriyada təhlükəsizlik qaydalarına və prosedurlarına ciddi riayət olunmasına nəzarət etmək.
Namizəddən Tələblər:
- Təhsil: Mühəndislik (Elektrik, Elektronika, Mexanika, Kimya) və ya digər texniki elm sahələri üzrə bakalavr dərəcəsi.
- İş təcrübəsi: İstehsalat və ya sınaq laboratoriyasında minimum 3-5 il təcrübə, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə üstünlükdür.
- Yaş məhdudiyyəti; 30-40
Bacarıqlar:
- Laboratoriya avadanlıqları və ölçmə cihazları ilə işləməkdə mükəmməl biliyə malik olmaq.
- Məhsul sınağı üsulları və standartları (ASTM, ISO, IEC və s.) haqqında dərin anlayış.
- Normativ və texniki sənədləri oxumağı və şərh etməyi bacarmaq.
- Məlumatların analizi və hesabatların hazırlanması üçün proqram təminatından (MS Office, xüsusi laboratoriya proqramları) istifadə bacarığı.
- Yaxşı təşkilatçılıq və komanda idarəetmə bacarıqları.
- Dil bilikləri: Azərbaycan dili (ana dili səviyyəsində); İngilis və ya Rus dillərindən biri üstünlükdür.
Biz Təklif Edirik:
- Əmək haqqı (xalis): 1200 AZN.
- Nahar və servis xidməti.
- Davamlı peşəkar inkişaf imkanları.
- Sabit və təşkilatlı iş mühiti.
İş Rejimi:
- İş günləri: Həftədə 5 gün
- İş saatları: 09:00 – 18:00
- Ünvan: Sumqayıt şəhəri,Sumqayıt Texnologiyalar Parkı (STP 2)
Maraqlandığınız təqdirdə,CV-nizi mövzu hissəsində "Laboratoriya Müdiri" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.