Vəzifə öhdəlikləri
- Şirkətdə istifadə olunan texniki avadanlıqların saz vəziyyətdə işləməsinə nəzarət etmək;
- Avadanlıqlarda yaranan nasazlıqları operativ şəkildə aradan qaldırmaq və ya aidiyyəti servis xidmətinə yönləndirmək;
- Elektrik, santexnika, kondisioner, havalandırma və digər texniki sistemlərin gündəlik vəziyyətini yoxlamaq;
- Profilaktik baxım işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
- Texniki avadanlıqların təhlükəsiz istismar qaydalarına riayət olunmasını təmin etmək;
- Filiallarda yaranan texniki problemlərin operativ həllinə dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən texniki xarakterli tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər
- Texniki xidmət və ya təsərrüfat işləri sahəsində ən azı 10 il iş təcrübəsi;
- Elektrik və ümumi texniki avadanlıqlar üzrə biliklər;
- Məsuliyyətli, operativ və intizamlı olmaq;
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi, 8 saat;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Karyera yüksəlişi imkanı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Təsərrüfat işləri üzrə Mütəxəssis" qeyd olunması xahiş olunur.