Biznesin idarə olunmasında assistent

  • Истекает 24 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizin biznes proseslərinin idarə olunması, xarici tərəfdaşlarla görüşlərin təşkili və işgüzar əlaqələrin koordinasiyası üçün rus və ingilis dillərini sərbəst bilən xanım əməkdaş axtarılır.

Tələblər:

  • Rus və ingilis dillərində sərbəst və yüksək səviyyədə danışıq bacarığı;
  • Biznes görüşlərində iştirak etmək və lazım olduğu zaman peşəkar tərcümə aparmaq bacarığı;
  • Yüksək danışıq və ünsiyyət mədəniyyəti;
  • Səliqəli və baxımlı xarici görünüş, yüksək təqdimat mədəniyyəti və biznes mühitinə uyğun peşəkar imic;
  • İşgüzar görüşlərdə özünü inamlı və peşəkar şəkildə təqdim etmək bacarığı;
  • Yüksək davranış və etik ünsiyyət mədəniyyəti;
  • Məsuliyyətli, operativ və işgüzar olmaq;
  • Ay ərzində ən azı 15 gün xarici səfərlərdə olmağa hazır olmaq.

İş formatı:

  • İşin əsas hissəsi xarici biznes səfərləri, tərəfdaşlarla görüşlər və danışıqlarda iştirakdan ibarətdir.
  • Namizəd ay ərzində ən azı 15 gün xarici səfərlərdə olacaq. Qalan müddətdə isə Bakıdan onlayn şəkildə biznes proseslərinin koordinasiyası və idarə olunmasında iştirak edəcək.
  • İş qrafiki biznes görüşləri və səfərlərin vaxtına uyğun olaraq elastikdir.
  • Bütün xarici səfər xərcləri şirkət tərəfindən qarşılanır.

Əmək haqqı: 2000–3000 AZN

Əmək haqqı namizədin təcrübəsi, dil bilikləri və peşəkar bacarıqlarına uyğun müəyyən ediləcək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily50
  • Weekly334
  • Monthly2093