Şirkətimizin biznes proseslərinin idarə olunması, xarici tərəfdaşlarla görüşlərin təşkili və işgüzar əlaqələrin koordinasiyası üçün rus və ingilis dillərini sərbəst bilən xanım əməkdaş axtarılır.
Tələblər:
- Rus və ingilis dillərində sərbəst və yüksək səviyyədə danışıq bacarığı;
- Biznes görüşlərində iştirak etmək və lazım olduğu zaman peşəkar tərcümə aparmaq bacarığı;
- Yüksək danışıq və ünsiyyət mədəniyyəti;
- Səliqəli və baxımlı xarici görünüş, yüksək təqdimat mədəniyyəti və biznes mühitinə uyğun peşəkar imic;
- İşgüzar görüşlərdə özünü inamlı və peşəkar şəkildə təqdim etmək bacarığı;
- Yüksək davranış və etik ünsiyyət mədəniyyəti;
- Məsuliyyətli, operativ və işgüzar olmaq;
- Ay ərzində ən azı 15 gün xarici səfərlərdə olmağa hazır olmaq.
İş formatı:
- İşin əsas hissəsi xarici biznes səfərləri, tərəfdaşlarla görüşlər və danışıqlarda iştirakdan ibarətdir.
- Namizəd ay ərzində ən azı 15 gün xarici səfərlərdə olacaq. Qalan müddətdə isə Bakıdan onlayn şəkildə biznes proseslərinin koordinasiyası və idarə olunmasında iştirak edəcək.
- İş qrafiki biznes görüşləri və səfərlərin vaxtına uyğun olaraq elastikdir.
- Bütün xarici səfər xərcləri şirkət tərəfindən qarşılanır.
Əmək haqqı: 2000–3000 AZN
Əmək haqqı namizədin təcrübəsi, dil bilikləri və peşəkar bacarıqlarına uyğun müəyyən ediləcək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.