Vəzifə öhdəlikləri:
- İnsan Resursları şöbəsinin gündəlik fəaliyyətinə dəstək göstərmək
- İşə qəbul prosesində (elanların yerləşdirilməsi, CV-lərin seçilməsi, ilkin müsahibələrin təşkili və s.) iştirak etmək
- Yeni əməkdaşların sənədləşmə və adaptasiya prosesində iştirak etmək
- Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin, əmrlərin, əlavə və dəyişikliklərin hazırlanmasına və uçotuna kömək göstərmək
- İR məlumat bazasının və kadr uçotu sənədlərinin aktual saxlanılmasına nəzarət etmək
- İR hesabatlarının hazırlanmasında və təhlil proseslərində iştirak etmək
- Əməkdaşların sorğularının cavablandırılmasında və daxili kommunikasiya proseslərində dəstək olmaq
- İnsan Resursları layihələrinin (motivasiya, inkişaf, məmnunluq sorğuları və s.) icrasında aktiv iştirak etmək
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə olunması, Hüquq və ya digər müvafiq sahələr üzrə)
- İnsan Resursları sahəsində iş təcrübəsi və ya təcrübə proqramında iştirak üstünlükdür
- İşə qəbul, kadr uçotu və digər İR prosesləri üzrə ilkin biliklər
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel və Word)
- Yüksək məsuliyyət, diqqətcillik və təşkilatçılıq bacarığı
- Komanda ilə işləmək və öyrənməyə meyilli olmaq bacarığı
İş barədə məlumat:
- Əmək haqqı: 800 Azn
- İş yeri: Ulduz metrosu
- 6 günlük iş qrafiki:
CV-lərinizi “İnsan resursları üzrə kiçik mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur