Vəzifə üzrə əsas öhdəliklər:
- Satınalma və təchizatla bağlı işlədiyimiz xarici fabriklərlə danışıqların aparılması və malların sifariş edilməsi
- Nəqliyyat vasitəsinin növünün seçilməsi, sifarişi və malın çatdırılmasının izlənilməsi,
- Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi,
- Təchizat, nəqliyyat, maliyyə və digər sənədlərin (müqavilə, akt, etibarnamə, invoice və s.) hazırlanması,
- Gömrük orqanına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi,
- İdxal əməliyyatları üçün nəzərdə tutulan, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət,
- Ödənişlərin planlaşdırılması və hesabatların formalaşdırılması
Tələblər:
- Ali təhsil;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
- Vəzifə üzrə iş təcrübəsi;
- Riyazi biliklər;
- Dəqiqlik;
- Yüksək səviyyədə kommunikasiya bacarıqları;
- Xanım namizədlər;
- Rus dili biliyinin olması vacibdir
İş şəraiti:
- İş qrafiki: Həftənin 6günü
- İstirahət günü: Bazar.
- Korporativ nömrə verilir.
- Əmək haqqı: 600-700 AZN
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.