Vəzifə üzrə əsas öhdəliklər:
- Satınalma və təchizatla bağlı işlədiyimiz xarici fabriklərlə danışıqların aparılması və malların sifariş edilməsi
- Nəqliyyat vasitəsinin növünün seçilməsi, sifarişi və malın çatdırılmasının izlənilməsi,
- Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi,
- Təchizat, nəqliyyat, maliyyə və digər sənədlərin (müqavilə, akt, etibarnamə, invoice və s.) hazırlanması,
- Gömrük orqanına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi,
- İdxal əməliyyatları üçün nəzərdə tutulan, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət,
- Ödənişlərin planlaşdırılması və hesabatların formalaşdırılması
Vəzifə üzrə əsas tələblər:
- Ali təhsil;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
- Vəzifə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini bilmək;
İş şəraiti:
- İş qrafiki: Həftənin 6günü,09:00-dan 18:00-dək.
- İstirahət günü: Bazar.
- Korporativ nömrə verilir.
- Əmək haqqı: 800azn
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.