Elektronika və məişət texnikasının təmiri sahəsində fəaliyyət göstərən servis mərkəzimizə məsuliyyətli, ünsiyyət bacarıqları yüksək və təşkilatçılıq qabiliyyətinə malik xanım əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
- Servis mərkəzinə müraciət edən müştərilərin qarşılanması;
- Təmirə qəbul olunan avadanlıqların qeydiyyatı və sənədləşdirilməsi;
- Qəbul və təhvil proseslərinin protokollaşdırılması;
- Müştərilərlə telefon və mesaj vasitəsilə əlaqənin saxlanılması;
- Təmir prosesləri ilə bağlı müştərilərin vaxtında məlumatlandırılması;
- Daxil olan zənglərin və onlayn müraciətlərin cavablandırılması;
- Sosial media hesablarının idarə olunmasına dəstək göstərilməsi;
- Ofisdaxili inzibati və təşkilati işlərin yerinə yetirilməsi.
Tələblər:
- Xanım namizəd;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Kompüter bilikləri (MS Office proqramları ilə işləmə bacarığı);
- Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı ;
- Məsuliyyətli, diqqətli və punktual olmaq;
- Rus dili üstünlükdür.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00 – 19:00
- Şənbə və Bazar: İstirahət günləri
Əməkhaqqı:
- 400 – 600 AZN
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.