Reception və Müştəri Xidmətləri üzrə Mütəxəssis

  • Истекает 8 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektronika və məişət texnikasının təmiri sahəsində fəaliyyət göstərən servis mərkəzimizə məsuliyyətli, ünsiyyət bacarıqları yüksək və təşkilatçılıq qabiliyyətinə malik xanım əməkdaş axtarılır.

Vəzifə öhdəlikləri:

  • Servis mərkəzinə müraciət edən müştərilərin qarşılanması;
  • Təmirə qəbul olunan avadanlıqların qeydiyyatı və sənədləşdirilməsi;
  • Qəbul və təhvil proseslərinin protokollaşdırılması;
  • Müştərilərlə telefon və mesaj vasitəsilə əlaqənin saxlanılması;
  • Təmir prosesləri ilə bağlı müştərilərin vaxtında məlumatlandırılması;
  • Daxil olan zənglərin və onlayn müraciətlərin cavablandırılması;
  • Sosial media hesablarının idarə olunmasına dəstək göstərilməsi;
  • Ofisdaxili inzibati və təşkilati işlərin yerinə yetirilməsi.

Tələblər:

  • Xanım namizəd;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Kompüter bilikləri (MS Office proqramları ilə işləmə bacarığı);
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı ;
  • Məsuliyyətli, diqqətli və punktual olmaq;
  • Rus dili üstünlükdür.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 10:00 – 19:00
  • Şənbə və Bazar: İstirahət günləri

Əməkhaqqı:

  • 400 – 600 AZN
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily95
  • Weekly458
  • Monthly936