Service Point servis mərkəzinə məsuliyyətli və intizamlı əməkdaş axtarılır!
Əsas vəzifələr:
Servisin işinin təşkili:
- Obyektdə nizam-intizama nəzarət
- Zərurət olduqda təmizlik işlərinin təşkili
- Məişət və kommunal məsələlərə nəzarət
Müştərilərlə iş:
Resepsion:
- Avadanlığın qəbulu və təhvil verilməsi
- Diaqnostika qaydalarının müştəriyə izah edilməsi
Media məzmunu:
- Təmirə qədər və təmirdən sonra qısa videoların çəkilməsi və sosial mediada paylaşılması
Kommunikasiya:
- Daxil olan zənglərin cavablandırılması
- Mesencerlərdə cavabların verilməsi
İnkişaf:
- Hər gün şirkətlərə soyuq zənglərin edilməsi
- Kontaktların müstəqil axtarışı və ya təqdim olunmuş baza ilə işləmə
Hesabatlılıq:
Rəhbərliyə gündəlik hesabat:
- Qəbul və təhvil verilmiş sifarişlər
- Daxil olmuş ödənişlər
- Daxil olan müraciətlər
- Edilən zənglərin sayı
- Zənglərin nəticələri
Tələblər:
- İş saatları: 10:00–19:00
- Məsuliyyətli və intizamlı olmaq
- Müştərilərlə ünsiyyət bacarığı
- Kompüter və CRM sistemləri ilə işləmə bacarığı
- Səliqəli və diqqətli olmaq
- Azərbaycan dilində sərbəst danışıq (rus dili üstünlükdür)
- Satış və ya servis sahəsində təcrübə üstünlükdür
- Vəzifə üçün xanım namizədə üstünlük verilir
Əməkhaqqı və şərtlər:
- Sabit əməkhaqqı: 600 AZN / ay
- Əlavə olaraq: əməkdaşın soyuq zənglər vasitəsilə cəlb etdiyi müştərilər üzrə xalis mənfəətdən 1%
- Şəhər mərkəzində və ya 28 May metro stansiyasına yaxın ərazidə yaşaması arzuolunandır (ofis 28 May ərazisində yerləşir)
Maraqlanan namizədlər +994 50 200 07 42 nömrəsi ilə əlaqə saxlaya bilərlər.