SF Azərbaycan BOKT SF Azərbaycan BOKT
  • 569

SF Azərbaycan BOKT

Maliyyə xidmətləri , Kapital bazarı

Baş Hüquqşünas/ PL/TMM

  • Deadline 22 İyun 2024

Tələblər:

  • Təhsil: Ali, Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Beynəlxalq hüquqa üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini səlis bilmək, ingilis dili (üstünlükdür);
  • Təcrübə: Hüquq sahəsində minimum 3 il;
  • Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları; Qərarları dəqiq vermək bacarıqı;
  • Üstünlüklər: Beynəlxalq PL/TMM sertifikatının (CAMS, CGSS) olması; 

Vəzifə öhdəlikləri:

  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair qanunvericiliyə uyğun olaraq tələb olunan daxili normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək.
  • Əməkdaşlar üçün konsultasiyaların keçirilməsi və komplayens məsələləri üzrə bölmələrə metodoloji dəstək (o cümlədən təlimlərin keçirilməsi).
  • PL/TMM ilə bağlı qanunvericilikdə və digər tənzimləyici tələblərdəki hər hansı dəyişiklikləri müəyyən etmək və rəhbərliyi məlumatlandırmaq.
  • Şirkətin korporativ hüquq sisteminin qurulmasında və idarə edilməsində iştirak etmək.
  • Şirkətin daxili siyasət, qayda və prosedurlarının hazırlanmasında birbaşa iştirak etmək.
  • Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi.
  • Müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi.
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması.
  • Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək.
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək.
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq.

İmtiyazlar:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq.
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti.
  • Könüllü tibbi sığorta (3 ay sonra).
  • Dadlı və limitsiz qəhvə.
  • “Team building” tədbirlərinin keçirilməsi.

Şərtlər:

  • İş vaxtı: 5/2, 09:00 - 18:00.
  • Əmək haqqı: müsahibə əsnasında müəyyən edilir.
  • Günlük0
  • Həftəlik698
  • Aylıq1395