Hüquqşünas

  • Deadline 13 November 2026

SF Azerbaijan BOKT MMC komandamıza qoşulmaq üçün peşəkar biliklərə, analitik düşüncəyə və müvafiq sahədə təcrübəyə malik Hüquqşünas axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkət adından bağlanılan müqavilə və digər hüquqi sənədlərin ekspertizasını aparmaq, hüquqi rəylər hazırlamaq;
  • Şirkətin hüquq və mənafelərini məhkəmələrdə, dövlət orqanlarında və digər aidiyyəti qurumlarda təmsil və müdafiə etmək, bundan irəli gələn zəruri sənədləri hazırlamaq;
  • Dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
  • Şirkətin struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və dəstək vermək;
  • AML/CFT (çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə hüquqi tələblərin tətbiqini dəstəkləmək;
  • Daxili normativ sənədlərin, etibarnamələrin, əmrlərin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
  • Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların azaldılması üzrə təkliflər vermək.

Namizədə tələblər:

  • Hüquqşünaslıq üzrə ali təhsil;
  • Maliyyə bazarları sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini şifahi və yazılı formada sərbəst bilmək mütləqdir;
  • AML/CFT sahəsində təcrübə əlavə üstünlük hesab edilir;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, vergi, inzibati və maliyyə bazarları sahəsində qanunvericiliyini yaxşı bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az portallarından istifadə bacarığı;
  • Analitik düşüncə, yüksək məsuliyyət, dürüstlük, dəqiqlik və müstəqil qərarvermə bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

İş şərtləri:

  • Əmək haqqı müsahibə əsasında təyin olunur;
  • İş rejimi: 5/7, saat 09:00-18:00;
  • Peşəkar və dinamik iş mühiti;

Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.

  • Daily95
  • Weekly310
  • Monthly1166