Şirkətimiz insan resursları və inzibati işlər istiqamətində strateji idarəetməni həyata keçirəcək, İR proseslərinin təkmilləşdirilməsini və inzibati fəaliyyətin səmərəli təşkilini təmin edəcək peşəkar rəhbər axtarır.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin biznes strategiyasına uyğun İR strategiyasının həyata keçirilməsi.
- İnsan resursları siyasətinin, daxili qayda və prosedurların hazırlanması, tətbiqi və mütəmadi təkmilləşdirilməsi.
- İşə qəbul, seçim, adaptasiya, təlim və inkişaf, istedadların idarə edilməsi və karyera planlaşdırılması proseslərinin təşkili.
- Performansın qiymətləndirilməsi.
- Əməkhaqqı, bonus və motivasiya sistemlərinin hazırlanması.
- İşçi məmnuniyyətinin, bağlılığının və korporativ mədəniyyətin inkişaf etdirilməsi, daxili kommunikasiya proseslərinin təşkili.
- Əmək münasibətlərinin idarə edilməsi, kadr sənədləşməsinə nəzarət və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi.
- İR büdcəsinin planlaşdırılması, işçi heyəti üzrə hesabatların və analitik göstəricilərin hazırlanması.
- İR auditlərinin aparılması, mövcud proseslərin təhlili, optimallaşdırılması və avtomatlaşdırılması.
- Şirkətin inzibati fəaliyyətinin, ofis idarəçiliyinin, təsərrüfat və təminat proseslərinin təşkili və nəzarətdə saxlanılması.
- İnzibati xərclərin optimallaşdırılması, təchizatçılarla işin və müvafiq xidmətlərin koordinasiyası.
- İR və inzibati işlər üzrə komandanın idarə edilməsi, əməkdaşların fəaliyyətinə nəzarət və peşəkar inkişafının dəstəklənməsi.
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və idarəetmə qərarlarının qəbulunda iştirak.
Namizədə dair tələblər
- İnsan resursları sahəsində minimum 7–10 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 5 il təcrübə.
- Bank və ya Fintech sahəsində təcrübə mütləqdir
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə).
- Beynəlxalq HR sertifikatlarından ən azı birinin olması mütləqdir: SPHRi, SHRM-SCP və ya CIPD Level 5/7.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini və əmək münasibətlərinin rəsmiləşdirilməsi qaydalarını mükəmməl bilmək.
- İR strategiyasının hazırlanması, İR sistemlərinin qurulması və biznes proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə.
- KPI, performansın qiymətləndirilməsi, əməkhaqqı və motivasiya sistemləri üzrə praktiki biliklər.
- İnzibati işlərin və ofis fəaliyyətinin idarə edilməsi üzrə təcrübə.
- MS Office proqramlarını, xüsusilə Excel, Word yüksək səviyyədə bilmək mütləqdir.
- Azərbaycan dili sərbəst, rus dili mütləq, ingilis dili arzuolunandır.
- Güclü liderlik, strateji düşünmə, analitik təhlil və qərarvermə bacarıqları.
- Yüksək kommunikasiya, təşkilatçılıq, problem həll etmə və komanda idarəetmə bacarıqları.
- Məxfi məlumatlarla işləmək, məsuliyyətli və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı.
İş şəraiti
- Rəqabətədavamlı əməkhaqqı (namizədin təcrübə və biliklərinə uyğun).
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək münasibətləri.
- İş rejimi: 5/7, saat 09:00-18:00
Qeyd: Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.