Layihə: Beynəlxalq Təhsil/İdman Frençayzinqinin (Avstraliya) Bakı Bazarına Adaptasiyası
Müddət: 1 ay (Layihə əsaslı - Müqavilə ilə / Uğurlu olarsa, daimi ştat imkanı)
Lokasiya: Bakı, Azərbaycan
Şirkətimiz Avstraliya mənşəli beynəlxalq təhsil və idman mərkəzinin Bakı filialının qurulması prosesindədir. Bu çərçivədə, beynəlxalq böyümə modelini (Growth Matrix) yerli bazara adaptasiya edəcək, sıfırdan genişmiqyaslı maliyyə və bazar araşdırması aparacaq tərəfdaş — Biznes Analitik axtarırıq. Seçilən namizəd birbaşa rəhbərliyə (C-Level) hesabat verəcək və 1 ay ərzində aşağıdakı spesifik sənədləri sıfırdan hazırlayıb təqdim edəcəkdir.
Əsas Vəzifə Öhdəlikləri
Bazar və Daşınmaz Əmlak Analizi (Location Assessment):1-ci Həftə.
- Ağ Şəhər (White City), Nərimanov və Yasamal ərazilərində mərkəzin tələblərinə uyğun (300-350 m²) daşınmaz əmlak bazarının icarə və satınalma qiymət matrisinin çıxarılması, lokativ üstünlüklərin analiz edilməsi.
Təchizat Zənciri və CapEx/OpEx Modelləşdirilməsi:2-ci Həftə.
- Xüsusi ahşap (taxta) avadanlıqların yerli istehsalı ilə Türkiyədən idxal loqistikası xərclərinin müqayisəli maliyyə analizinin aparılması. Minder, xüsusi idman alətləri, tərcümə və çap materiallarının xərclərinin hesablanması.
Əməliyyat və Hüquqi Büdcələşdirmə (Regulatory & Training):3-cü Həftə.
- Təhsil Nazirliyi, AQTA (Qida təhlükəsizliyi rəyi) və FHN (Yanğın təhlükəsizliyi) üzrə lisenziya, sənədləşmə və rəsmi rüsum xərclərinin büdcəyə daxil edilməsi. Müəllimlərin 1 aylıq beynəlxalq sertifikasiya proqramı, ezamiyyət və adaptasiya xərclərinin dökümünün çıxarılması.
Maliyyə Modelləşdirilməsi (Financial Feasibility):4-cü Həftə.
- Avstraliya HQ-in təqdim etdiyi böyümə matrisini və ADTF (Franchise Royalty) modelini Bakı bazarına adaptasiya edərək Excel-də 1 illik və 5 illik P&L (Mənfəət və Zərər) hesabatının, həmçinin Payback (İnvestisiyanın geri dönüşü) müddətinin Excel modelinin qurulması.
Namizədə Dair Tələblər
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarə Edilməsi sahəsində bakalavr və ya magistr dərəcəsi.
- Təcrübə: Biznes analitika, maliyyə modelləşdirilməsi və ya investisiya layihələrinin qiymətləndirilməsi sahəsində minimum 2-3 il iş təcrübəsi (Franchise layihələrlə işləyənlərə üstünlük verilir).
- Şəxsi Keyfiyyətlər (Soft Skills): Stres altında işləmə, yüksək analitik düşüncə, sıfırdan data toplama və araşdırma (desk research) qabiliyyəti.
- Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (Avstraliya HQ ilə sənədləşmə və hesabatların təhlili üçün minimum B2/Upper-Intermediate).
Səriştələr (Hard Skills):
- Maliyyə riyaziyyatı və Advanced Excel (P&L, CapEx/OpEx, ROI, Payback Period modelləşdirmə bacarığı).
- Yerli tənzimləyici qurumların (AQTA, FHN, Təhsil Nazirliyi) prosedurları barədə ilkin məlumatlılıq.
Biz Nə Təklif Edirik?
- Beynəlxalq franchise modelinin tətbiqində birbaşa iştirak və qlobal təcrübə.
- Nəticəyə əsaslanan rəqabətqabiliyyətli layihə ödənişi (Fiks + Bonus imkanı).
- Layihənin uğurlu icrasından sonra daimi komandada idarəedici (Management) mövqe qazanmaq şansı.
Maraqlanan namizədlərdən öz CV-lərini və varsa, əvvəllər hazırladıqları maliyyə modeli və ya biznes plan nümunələrini (həssas məlumatlar gizlədilməklə) "Business Analyst – Ad Soyad" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Seçim mərhələsi: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə müsahibə və qısa bir keys təhlili aparılacaqdır.