Üstünlük veriləcək namizədlər:
- Yeni məzunlar və hazırda magistraturada təhsil alan gənclər.
- Təcrübə tələb olunmur.
- Ezamiyyələrə gedə bilən şəxslər.
İlkin vəzifələr:
- Müəyyən olunmuş inspeksiyaların aparılması.
- Müvafiq sənədlərin hazırlanması və təqdim edilməsi.
- Şirkətin nüfuzuna uyğun olaraq yüksək keyfiyyətli xidmətin təmin olunması.
Əsas vəzifələr:
- Tapşırılmış işləri müstəqil şəkildə icra etmək, nümunələri götürərək laboratoriyaya və ya digər təyin olunmuş məntəqələrə çatdırmaq.
- Hər hansı əməliyyat mümkün olmadıqda müstəqil ölçü götürərək dərhal aidiyyəti meneceri məlumatlandırmaq.
- Sahə hesabatlarını düzgün və vaxtında hazırlamaq (zərurət olduqda müştəri və digər tərəflərin nümayəndələri ilə birlikdə).
Tələblər:
- Ali təhsil (arzuolunandır).
- MS Excel və MS Word üzrə baza bilikləri.
- Yaxşı ünsiyyət bacarıqları.
- Minimum 1 il sürücülük təcrübəsi və “B” kateqoriyalı sürücülük vəsiqəsi.
- Xarici dil bilikləri (arzuolunandır).
İş şərtləri:
- İki növbəli iş qrafiki (gündüz və gecə).
- Əmək haqqı: 500–800 AZN (növbələrdən asılı olaraq).
Müraciət üçün CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərin.