İş barədə məlumat:
- Cəmiyyətdə normativ aktların müddəalarının və şirkətdaxili qaydaların düzgün tətbiq edilməsinin təmin edilməsi;
- Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) təsdiq və icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və sənədlərə viza verilməklə razılığın bildirilməsi;
- Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması və ekspertizası, zərurət hallarında müqavilə danışıqlarında iştirak edilməsi və hüquqi rəyin bildirilməsi
- Cəmiyyətin fəaliyyəti ilə bağlı uyğunluq hesabatlarının hazırlanması, bununla əlaqədar daxili monitoriqin aparılması, sorğuların operativ cavablandırılması və hesabatların aidiyyəti üzrə təqdim edilməsi;
- Cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketinin hazırlanması və icra edilməsi;
- Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına dair hüquqi məsləhətlər verilməsi və sorğuların hüquqi cavablandırılması;
- Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində bütün məhkəmələrdə və dövlət orqanlarında zəruri prosessual edilməsi;
- Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsinin təmin edilməsi;
- Cəmiyyətə vurulmuş maddi və mənəvi (işgüzar nüfuza) zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görülməsi;
- Tələb olunan hüquqi sənədlərin lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim edilməsi, götürülməsi və digər zəruri hərəkətlərin edilməsi;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
Namizədə tələblər:
- Hüquq üzrə ali təhsili;
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi
- MS Office proqramları üzrə biliklər;
- Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri arzu olunandır;
- Ünsiyyət qurma qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı ;
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir şəhəri
Maraqlanan şəxslər öz CV formalarını Hüquqşünas(Şəmkir)" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin təqdim ounması ilə bağlı son tarix 30/07/2026