İş haqqında məlumat:
- İdarə etdiyi markaların nümayəndələri ilə daim kommunikasiyada olmaq;
- Müştəridən gələn brifləri komanda arasında bölüşdürmək və prosesə nəzarət etmək;
- Kreativ ideyaların hazırlanmasında dəstək olmaq;
- Öhdəliyində olan markaların inkişafı üçün daim təkliflər irəli sürmək;
- Kampaniyaların nəticələrini təhlil edərək müştərilərə strateji məsləhətlər vermək;
- Sosial media platformalarındakı fəaliyyətləri daim izləmək və operativ şəkildə reaksiya vermək;
- Layihələr üçün cəlbedici təqdimatlar və aylıq hesabatlar hazırlamaq.
Namizədə dair tələblər:
- Yerli və eləcə də xarici markalarla rahat ünsiyyət üçün Azərbaycan və rus dillərində səlis kommunikasiya və yazı bacarığı;
- Reklam agentliklərində “Account Manager” vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək kommunikasiya, özünü ifadə və təqdimat bacarığı;
- Problemlərə operativ və həll yönümlü yanaşma;
- Kreativ və analitik düşüncə.
İş rejimi və ünvan:
- B.e. - Cümə - 09:00-18:00
- İstirahət günləri: Şənbə-bazar, dövlət tərəfindən təyin edilmiş bütün rəsmi qeyri-iş günləri;
- Ünvan: Azure Business Center, 10-cu mərtəbə
- Əmək haqqı müsahibə əsasında təcrübə və biliklərə uyğun olaraq təyin olunacaq.
CV-nizi "Account manager" başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməyi unutmayın!
P.S.: Çalışdığınız markalara verdiyiniz töhfələri əks etdirən portfolionuzu da görməyə şad olarıq.