Kreativ agentliyə çox qazanmağa həvəsli, korporativ sektorda sözünü demiş satış təmsilçisi axtarırıq.
Tələblərimiz o qədər də çox deyil:
- Komanda da işləmə bacarığı
- Analitik düşüncə qabiliyyəti
- Korporativ satış vəzifəsində minimum 1 il təcrübə
- Marketing sahəsində biliklər
- Rus dili biliyi mütləqdir
Vəzifə öhdəlikləri:
- Agentliyə daxil olan zənglərin və e-maillərin cavablandırılması
- Görüşlərin təşkili
- Ofis proqramlarında işləmə bacarığı
- Sənədlərin, hesabatların və təqdimatların hazırlanması
Biz sizə təklif edirik:
- Pozitiv və əyləncəli komanda mühiti;
- Əlinizi cibinizə atmayacağınız teambuilding-lər;
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun rəsmiləşmə;
- Maaş və təcrübə artımı perspektivi.
İş rejimi və ünvan:
- B.e.-Cümə - 09:00-18:00
- İstirahət günləri: Şənbə-bazar, dövlət tərəfindən təyin edilmiş bütün rəsmi qeyri-iş günləri;
- Ünvan: Azure Business Center, 10-cu mərtəbə
Əmək haqqı müsahibə əsasında təcrübə və biliklərə uyğun olaraq təyin olunacaq.
CV və portfolionuzu "Sales" başlığı ilə elektron poçt ünvanına göndərməyi unutmayın!