Sharaf Media Sharaf Media
  • 634

Sharaf Media

Media

Project Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Project Manager

  • Deadline 17 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz layihələri, insanları və nəticəni eyni anda idarə edə bilən güclü Project / Account Manager axtarırıq. Bu mövqe sistemli düşünən, operativ qərar verən və prosesləri idarə etməyi bacaran peşəkarlar üçündür.

Agentlikdə Rolu

  • Project / Account Manager — partnyorlar, kreativ komanda və prodakşn arasında əsas əlaqələndirici şəxsdir. Bu rol ideyaları real kampaniyalara və ölçülə bilən nəticələrə çevirən mütəxəssis üçündür.

Əsas vəzifələr

  • Layihələrin brifdən yekun hesabatadək idarə olunması
  • Vaxt qrafiki, büdcə və resursların koordinasiyası
  • Müştərilərlə effektiv kommunikasiya və əlaqələrin inkişafı
  • Kreativ, SMM, prodakşn və performance komandalarına tapşırıqların verilməsi
  • Kreativ, kontent və reklam kampaniyalarının keyfiyyətinə nəzarət
  • Strategiyaların, xüsusi layihələrin və launch proseslərinin hazırlanmasında iştirak
  • Təqdimatların hazırlanması və müştərilər qarşısında müdafiəsi
  • İnfluencerlər, podratçılar və media platformaları ilə iş

Tələblər

  • Marketinq, digital və ya reklam sahəsində Project / Account Manager kimi iş təcrübəsi
  • Güclü kommunikasiya və danışıqlar bacarıqları
  • Struktur düşüncə və prioritetləşdirmə qabiliyyəti
  • Eyni anda bir neçə layihəni idarə etmək bacarığı
  • Digital alətlərin anlayışı: SMM, performance, prodakşn, influencer marketing
  • Müstəqillik, təşəbbüskarlıq və liderlik yanaşması
  • Qərar vermə və məsuliyyət götürmə bacarığı

Nə əldə edəcəksiniz

  • Güclü lokal və beynəlxalq brendlərlə işləmək imkanı
  • Böyük reklam kampaniyalarında və xüsusi layihələrdə iştirak
  • Geniş media ekosisteminə çıxış: TV, digital, outdoor, influencer bazarı
  • Formal koordinator deyil, real idarəedici rol təcrübəsi
  • Sürətli peşəkar inkişaf və liderlik bacarıqlarının formalaşması
  • Güclü kreativ komanda ilə iş: prodakşn, dizayn, targetinq, strategiya
  • Qərarlara təsir etmək və layihələrin inkişafında aktiv rol almaq
  • Böyük və real layihələrdən ibarət portfel formalaşdırmaq

Sharaf Media — tam xidmət göstərən kreativ marketinq agentliyidir. Biz strategiya, prodakşn, digital və medianı birləşdirərək işləyən və yadda qalan kampaniyalar yaradırıq.

Layihələri sadəcə müşayiət etmək yox, idarə etmək istəyirsinizsə — komandamıza qoşulun.

İş rejimi və ünvan:

  • Ünvan: Azure Business Center, 10-cu mərtəbə
  • İş saatları: 09:00–18:00
  • İstirahət günləri: Şənbə və bazar günləri, həmçinin dövlət tərəfindən elan olunmuş rəsmi qeyri-iş günləri
  • Əmək Haqqı: Təcrübənizə və gözləntilərinizə uyğun, rəqabətədavamlı əməkhaqqı təklif olunur.

CV-lərinizi “Project” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily11
  • Weekly358
  • Monthly1654