Memar – Layihələndirmə üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memar – Layihələndirmə üzrə mütəxəssis

  • Deadline 12 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı

Shaurma N1 komandamıza qoşulmaq üçün AutoCAD proqramı üzrə biliklərə, güclü estetik zövqə və məkan planlaşdırılması bacarığına malik Memar – Layihələndirmə üzrə mütəxəssis axtarışındayıq.

Vəzifə öhdəlikləri

  • Obyektlərə yerində baxış keçirərək ölçülərin götürülməsi;
  • Götürülmüş ölçülərin əl eskizi və plan üzərində düzgün qeyd edilməsi;
  • Ölçülərin AutoCAD proqramında dəqiq plan və texniki çertyoj formasına salınması;
  • Mövcud obyektlərin planlarının hazırlanaraq layihələndirmə şöbəsinə təqdim edilməsi;
  • Kafe və restoranların real ölçülərinə uyğun layihələndirilməsi;
  • Restoranların funksional planlaşdırılması, mebel və avadanlıqların yerləşiminin işlənilməsi;
  • Layihələr üzrə zəruri düzəlişlərin və yenilənmələrin aparılması;
  • Layihələrin təqdimat və sonrakı icra mərhələsinə hazırlanması.

Namizədə dair tələblər

Mütləq tələblər:

  • AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
  • Obyektlərdə ölçü götürmək və ölçüləri düzgün şəkildə layihəyə köçürmək bacarığı;
  • Plan və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
  • Məkanın funksional və düzgün planlaşdırılması üzrə biliklər;
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Microsoft Word və digər ofis proqramları üzrə ümumi biliklər.

Üstünlük hesab olunur:

  • SketchUp proqramında işləmək bacarığı;
  • 5D Render proqramlarında işləmək bacarığı;
  • Lumion proqramını bilmək;
  • 3D modelləşdirmə və vizuallaşdırma üzrə ilkin və ya orta səviyyədə təcrübə.

Namizəddən gözləntilər

  • Güclü estetik zövq və dizayn düşüncəsi;
  • Rəng seçimi və rənglərin uyğunlaşdırılması qabiliyyəti;
  • Məkanın imkanlarını düzgün qiymətləndirmək bacarığı;
  • Detallara qarşı diqqətli və dəqiq olmaq;
  • Ölçülərdə və texniki çertyojlarda səhvsiz işləməyə həssas yanaşmaq;
  • Verilən tapşırıqları müstəqil araşdırmaq və nəticəyə çatdırmaq bacarığı;
  • Komanda ilə işləmək və layihələr üzrə düzəlişləri operativ tətbiq etmək;
  • Obyektlərə yerində baxış keçirmək və ölçü götürmək üçün səfərlərə hazır olmaq.

İş prosesinin əsas mərhələləri

  • Obyektə yerində baxış → Ölçülərin götürülməsi → Əl eskizi → AutoCAD planı → Layihənin hazırlanması və məkanın funksional planlaşdırılması → Konseptin obyektin real ölçülərinə uyğunlaşdırılması → Təqdimat → Düzəlişlər → Yekun layihə

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və mövcud olduğu halda hazırladıqları layihə portfoliolarını mövzu hissəsində “Memar – Layihələndirmə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: AutoCAD proqramı üzrə biliklər əsas və mütləq tələbdir. SketchUp, 5D Render və Lumion proqramlarını bilmək namizəd üçün əlavə üstünlük hesab olunur.

Shaurma N1 komandasında karyera imkanına qoşulun!

  • Daily77
  • Weekly235
  • Monthly818