İş barədə məlumat:
- Satış heyətinin iş prosesinin təşkili, iş qrafikinin tənzimlənməsi;
- Satış planına uyğun işlərin aparılması;
- Bütün filiallar üzrə nəzarət aparılması;
- Satış və müştəri davranışlarını təhlil etmək bacarığı;
- Müştəri məmnuniyyətinin artırılması üzrə təkliflərin verilməsi;
- Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək.
Namizəddə tələblər:
- Yaş: 27-50
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 2 il təcrübə
- Detallara fikir vermə bacarığı
- Komandada çalışmaq bacarığı
- Çeviklik və bir neçə işi eyni anda görə bilmək bacarığı
- İşgüzar etik qaydalara riayət olunması
- Dil bilikləri arzuolunandır( İngilis və rus dili)
İş şərtləri:
- İş saatları: 09:00-19:00
- İş qrafiki: 6 günlük iş günü
- İş ünvanı: Əhmədli Balbadəm
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
- Nahar şirkət tərəfindən təmin edilir
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.