Sheraton Baku Intourist Sheraton Baku Intourist
  • 899

Qida və İçki üzrə Böyük nəzarətçi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qida və İçki üzrə Böyük nəzarətçi

  • Deadline 13 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: Mikail Useynov küç 51

İşin təsviri: 

  • İaşə şöbəsinin müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək. 
  • Tabeliyində olan işçilərə müvafiq öhdəliklər təyin etmək və onların icra göstəricilərini müntəzəm olaraq yoxlamaq.
  • İşlərin çox olduğu dövrlərdə əməliyyatlara yardım göstərmək.
  • Bütün əməliyyat avadanlıqları və ləvazimatlar üçün nəzərdə tutulmuş nominal anbar tələblərinə ciddi şəkildə riayət etmək və İaşə şöbəsinin müvafiq qaydada təchiz olunmasını təmin etmək və aylıq inventar yoxlamalarının aparılmasına kömək etmək.
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək. 
  • İşçilər üçün hazırlıq, servis və menyu ilə bağlı gündəlik təlimatlar keçmək.
  • Gündəlik əməliyyatlar və keyfiyyət məsələlərində Mətbəx və içkilər şöbəsi ilə qarşılıqlı fəaliyyət göstərmək.
  • Müştərilərlə xoş münasibətləri qoruyub saxlamaqla, qonaqlarla qarşılıqlı anlaşma əldə etmək.
  • İaşə şöbəsinin kassa-nağd pul prosedurlarına ciddi riayət olunduğunu təmin etmək.
  • İaşə şöbəsinin meneceri iş başında olmadıqda, gündəlik əməliyyat görüşlərində iştirak etmək.
  • Otelin yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasətini tam olaraq başa düşmək və ona riayət etmək.
  • İşçilərin icra göstəricilərinə əsasən həvəsləndirici mükafatların verilməsini təşkil etmək.
  • Rüblük, ildə iki dəfə və ya bir dəfə olmaqla, əməliyyat avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.
  • İaşə şöbəsi çərçivəsində təşviqat xarakterli bayram ziyafətlərinin planlaşdırılması və təşkilinə kömək etmək.

Namizədə olan tələblər:

  • Oteldə Qida və içki üzrə nəzarətçi kimi təcrübə minimum 2 il;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Senior Food and Beverage Supervisor” qeyd edərək CV-lərini elektron ünvanına 13.07.2024-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

  • Günlük21
  • Həftəlik605
  • Aylıq2308