“Şirin Agro” MMC-ə maliyyə və mühasibat uçotunun effektiv idarə olunmasını təmin edəcək, peşəkar və məsuliyyətli Baş mühasib axtarır.
Vəzifənin əsas məsuliyyətləri
- Şirkətin mühasibat və vergi uçotunun tam şəkildə idarə edilməsi;
- Mühasibat uçotu siyasətinin və daxili maliyyə prosedurlarının formalaşdırılması və təkmilləşdirilməsi;
- Maliyyə hesabatlarının hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
- Vergi və digər məcburi hesabatların qanunvericiliyin tələblərinə uyğun, düzgün və vaxtında təqdim edilməsinə nəzarət;
- Vergi öhdəliklərinin optimallaşdırılması və potensial vergi risklərinin əvvəlcədən müəyyənləşdirilməsi;
- Pul vəsaitlərinin hərəkəti, debitor və kreditor borcları, gəlir və xərclər üzrə effektiv nəzarət mexanizmlərinin qurulması;
- Bank və kassa əməliyyatlarının, e-qaimələrin, müqavilələrin və digər maliyyə sənədlərinin uçotunun təşkil edilməsi;
- Əməkhaqqı və əmək münasibətləri ilə bağlı maliyyə və vergi proseslərinin düzgün idarə olunması;
- Aylıq, rüblük və illik maliyyə nəticələrinin hazırlanması və rəhbərliyə analitik məlumatların təqdim edilməsi;
- Büdcə planlamasının həyata keçirilməsi, faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlili, kənarlaşmaların müəyyən edilməsi və onların səbəbləri üzrə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi
Qeyd - Rus və İngilis dili biliyi üstünlükdür
İş şəraiti
- 5 günlük iş qrafiki, saat 09:00-18:00
- maaş razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.