Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 17 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Şirin Agro” MMC-ə maliyyə və mühasibat uçotunun effektiv idarə olunmasını təmin edəcək, peşəkar və məsuliyyətli Baş mühasib axtarır.

Vəzifənin əsas məsuliyyətləri

  • Şirkətin mühasibat və vergi uçotunun tam şəkildə idarə edilməsi;
  • Mühasibat uçotu siyasətinin və daxili maliyyə prosedurlarının formalaşdırılması və təkmilləşdirilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Vergi və digər məcburi hesabatların qanunvericiliyin tələblərinə uyğun, düzgün və vaxtında təqdim edilməsinə nəzarət;
  • Vergi öhdəliklərinin optimallaşdırılması və potensial vergi risklərinin əvvəlcədən müəyyənləşdirilməsi;
  • Pul vəsaitlərinin hərəkəti, debitor və kreditor borcları, gəlir və xərclər üzrə effektiv nəzarət mexanizmlərinin qurulması;
  • Bank və kassa əməliyyatlarının, e-qaimələrin, müqavilələrin və digər maliyyə sənədlərinin uçotunun təşkil edilməsi;
  • Əməkhaqqı və əmək münasibətləri ilə bağlı maliyyə və vergi proseslərinin düzgün idarə olunması;
  • Aylıq, rüblük və illik maliyyə nəticələrinin hazırlanması və rəhbərliyə analitik məlumatların təqdim edilməsi;
  • Büdcə planlamasının həyata keçirilməsi, faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlili, kənarlaşmaların müəyyən edilməsi və onların səbəbləri üzrə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi

Qeyd -  Rus və İngilis dili biliyi üstünlükdür

İş şəraiti

  • 5 günlük iş qrafiki, saat 09:00-18:00
  • maaş razılaşma yolu ilə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily74
  • Weekly588
  • Monthly1680